Eldar Əziziov Bakını SƏRT QIŞA hazırlayır?- “...süni şəkildə yaradacaqlar”

2-09-2019, 14:42   


Eldar Əziziov Bakını SƏRT QIŞA hazırlayır?- “...süni şəkildə yaradacaqlar”

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib. 

Bakı meri Eldar Əzizov bildirib ki, güclü qar yağdığı zaman və ya hər hansı fövqəladə halın - güclü küləyin, leysan yağışın, zəlzələnin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir. Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsini nəzərə alaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib. 

Meriyada payız-qış mövsümünə hazırlıqla bağlı müşavirənin keçirilməsi adi haldır. Lakin builki müşavirədə ötənilkilərlə müqayisədə daha ciddi tələblərin irəli sürülməsi qışın sərt keçmə ehtimalını gündəmə gətirib. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov indidən qışın proqnozunu verməyin mümkünsüz olduğunu bildirib.  Ekspert qeyd edib ki, yay sərin keçdiyi üçün qışın mülayim keçməsi mümkündür:

“Qışın sərt keçəcəyi ilə bağlı proqnoz verə bilmərik. Hazırda ancaq 1 həftənin proqnozunu vermək mümkündür. İndi isə cənub küləyi əsməyə başlayır, bu, havanın bir neçə gün isti keçəcəyini göstərir. Ancaq hadisə baş verəcəyi təqdirdə insanların hansı tədbirləri görməli olduğunu demək mümkündür. Müşavirədə sadəcə ehtimalla görülməli olan tədbirlər bildirib. Buna əsasən, qışın sərt keçəcəyini deyə bilmərik. Hətta yay ayları sərin keçən zaman qış aylarının isti keçdiyi də məlumdur. 2012-ci ildə də dünyanın axırının gələcəyini deyənlər var idi. Bu şayiələrin hesabına alınmayan nə qədər mal vardısa, hamısını satırdılar. Bu, dünyada gedən çirkin bir oyundur. Qışın necə keçəcəyinə mən daxil heç kim proqnoz verə bilməz. Əgər indidən qışda güclü qar yağacağı, şaxta olacağı ilə bağlı proqnoz versələr, bu, onu göstərir ki, bunu süni şəkildə yaradacaqlar. Metereoloji silah var. İndi XXI əsrdir. Əvvəllər XX əsrin sonunda qlobal istiləşmə olacağını deyirdilər. O da çirkin oyun idi. Qlobal istiləşmə termini yoxdur, iqlim dəyişmələri var və hər 35-40 ildən bir iqlim dəyişir. Amma mən qışın sərt keçməyəcəyini də deyə bilmərəm. Çünki bu, Allahın işidir. Bir həftədən əlavə vaxtın proqnozunu vermək Allahın işinə qarışmaqdır”. 

Səyad Həsənli
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar