ABŞ baş verə biləcək nüvə müharibəsinin mümkün səbəbini açıqlayıb.
Məlum olub ki, nüvə silahına nəzarətdə süni intellektin iştirakı müharibəyə səbəb ola bilər.
Cebhe.info xəbər verir ki, bunu Pentaqon rəhbərinin müavini Robert Uork bildirib.
Uork qeyd edib ki, süni intellekt sistemi müəyyən edilmiş parametrlə hazırlanır və qorxulu olmayan faktorlar məlum şərtlərdə təhdidedici xarakterə sahib ola bilər.
Uork iddia edib ki, Rusiyaya məxsus "Perimetr" sistemi seysmik aktivliyi nüvə patlayışı kimi qəbul edə bilər. Nəticədə qərargaha müvafiq sorğu göndərilər, cavab alınmayacağı təqdirdə isə qitələrarası ballistik raket buraxıla bilər.
Pentaqon təmsilçisinin sözlərinə görə, süni intellektdən hərbi məqsədlər üçün istifadə təhlükəlidir. Kəşfiyyat materialları və erkən xəbərdarlıq sisteminin araşdırılması göstərib ki, bu təhlükə var: "Süni intellektdən istifadə məhdud olmalı və nüvə silahına şamil olunmamalıdır. Əks təqdirdə, bu, fəlakət senarisinə gətirib çıxara bilər”.
Xəzər
Cebhe.info