Qobustan həbsxanasının 12 ildir açılmayan sirri

4-09-2019, 15:48   


Qobustan həbsxanasının 12 ildir açılmayan sirri

Bakıdan 70 kilometrlik məsafədə yerləşən cəzaçəkmə müəssisəsinin Unbakıya köçürülməsi niyə ləngiyir?
2007-ci ilin bu günlərində Qobustan qapalı həbsxanasının Bakı şəhərinə yaxın əraziyə köçürülməsi qərarı verilib. 12 ildir ki, bu qərarın icrası istiqamətində atılan addımlar həbsxananın nəhayət ki, Umbaku qəsəbəsinə köçürülməsinə gətirib çıxarmayıb.
Ötən illər ərzində həbsxananın köçürüləcəyi haqda ən müxtəlif səviyyələrdə çıxışlar olub, vədlər verilib. Bu mövzuda sonuncu çıxış 21 iyun 2017-ci ildə olub. Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov "Trend”ə açıqlamasında deyib ki, Umbakı qəsəbəsində yeni, müasir standartlara cavab verən qapalı həbsxananın tikintisi başa çatmaq üzrədir.
F.Qurbanov bildirib ki, həbsxana hazır olandan sonra Qobustan qapalı həbsxanasının həmin müəssisəyə köçürüləcəyini açıqlayıb. Image result for Faiq Qurbanov Qurbanov həbsxana Qobustandan Umbakı qəsəbəsinə köçürüləndən sonra buranın muzey kimi istifadə olunması nəzərdə tutulduğunu da açıqlamışdı. Vəziyyət isə dəyişmir.
Bu gün Qobustan həbsxanası Qobustan qoruğunun qonşuluğunda yerləşməklə ölkəyə gəlib-gedən turistlərin diqqət mərkəzindədir. Köhnəlmiş, azadlığı əlindən alınan insan naləsinin ərşə qalxdığı bu məkan kənardan qorxunc görünüşü ilə ümumi mənzərədən fərqlənir, gözə girir. Qədim insan məskənin belə qonşusu heç arzu olunan deyil. Amma nə etməli? Umbakıda vəd olunan yeni, müasir standartları özündə birləşdirən həbsxana binası hələlik, xəyal olaraq qalmaqdadır. Qobustan həbsxanası sovetlər dönəminin erkən dövrlərində inşa edilib. Tikili həmin dövrün standartlarına uyğundur. Bakıdan 70 kilometrlik məsafədə, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşir.
Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum olunmuş məhbuslarla yanaşı, başqa ağır cinayət törədib 10 ildən 15 ilə qədər cəza alanlar da saxlanılır. Burdakı məhbuslar ara-sıra həm cəzalarının 15 illə əvəz olunması tələbi ilə, həm də saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyaları keçirirlər. Həbsxananın adı tez-tez mətbuatda intihar, məhbusların aclıq aksiyaları keçirmələrindən dolayı hallanır. 1999-cu ilin yanvarında Qobustan həbsxanasında 11 məhbus, əsasən dövlət çevrilişinə cəhddə təqsirli bilinən keçmiş hərbçilər qiyam qaldırmışdı.
Rəsmi məlumatlara görə, onların ikisi silah ələ keçirmək istəyəndə öldürülmüşdü. Ancaq bununla belə dustaqlar 28 girov və silah əldə edə bilmişdilər. Qiyamçı dustaqlar ölkədən çıxmaq üçün onlara nəqliyyat verilməsini tələb edirdilər. Həmin vaxt hüquq-mühafizə orqanları həbsxanada xüsusi əməliyyat keçirdilər. Girovlardan biri və 9 məhbus öldürüldü. Qiyam zamanı öldürüləndlərdən biri də 1993-cü ilin avqustunda Azərbaycanın müdafiə naziri olmuş general-mayor Vahid Musayev idi. 

Azərbaycan Hüquq müdafiə mərkəzinin (AHM) rəhbəri Eldar Zeynalov dalma.az saytına açıqlamasında deyib ki, Cəzaların İcra Məcəlləsinə əsasən, bir məhkuma kamerada ümumi sahənin 4 kv.metri düşür. Halbuki İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi 6-7 kv.m tövsiyə edir. Bundan əlavə, ilk-əvvəl ömürlük cəza kameraları personalın təhlükəsizliyi və məhbusların bir-birindən təcrid edilməsi niyyəti ilə 1 və ya 2 nəfər üçün nəzərdə tutulmuşdu.
Eyni zamanda, tibbi və əməliyyat məlumatlarının qiymətləndirilməsi əsasında Avropada fərdi yanaşma qəbul edilmişdir və bu halda ömürlük cəza alanların heç də hamısı xüsusi təhlükəli sayılmayacaqdır. Bu istiqamətdə ilk addım olaraq, bir müddət əvvəl Məcəlləyə dəyişiklik edilib və indi kameralarda daha çox sayda məhbus ola bilər (hərçənd, mənzil standartlarına da zidd deyil). Qobustan həbsxanasında da idman, əmək, təhsil, namaz, ibadət yerlərini ziyarət etmək və s. üçün şərait yaradılmamışdır. Güman edilir ki, bütün bu problemlər tibbi xidmətlərin də təkmilləşdiriləcəyi yeni müəssisədə öz həllini tapacaq (bu, ömürlük cəza məhbuslarını kiçik səbəblərə görə mərkəzi həbsxana xəstəxanasına köçürmək məcburiyyətini aradan qaldıracaqdır). Həm köhnə həbsxanaları boşaltmaq, həm də yenilərini tikmək lazımdır. Problem ondadır ki, köhnə həbsxanalar daha çoxdur və onlar hər məhbusa demək olar ki, qəbiristanlıq ölçüsü ilə 2,5 kv.m yaşayış sahəsi həcmində ayrılırdı. Sadə hesablama göstərir ki, hazırkı standartın — 4 kv.m-in təmin edilməsi üçün həbsxana "əhalisi” 1,5 dəfə, 6-7 kv.m Avropa standartı üzrə isə 2,5 dəfə azaldılmalıdır. Ya həbsxanaların sayı iki dəfə artırılmalı, ya da məhbusların sayı eyni nisbətdə azalmalıdır. 

 Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev müsavat.com-a deyib ki, Umbakıda yeni həbsxananın tikintisi yekunlaşmaq üzrədir: "Orada məhkumlar üçün hər cür şərait yaradılacaq. Həbsxanada təxminən 900-1000 məhkum üçün nəzərdə tutulub. Orada ömürlük azadlıqdan məhrum edilmiş şəxslərlə yanaşı məhkəmə qərarı ilə cəzasını həbsxana rejimində çəkməli olan məhkumlar yerləşdiriləcəklər. layihədə hər bir məsələ nəzərə alınıb. İş yerləri, asudə vaxtın təşkili, idman, kitabxana, tibbi hissə və s zəruri obyektlər həbsxana kompleksinin daxilində nəzərdə tutulub”.
Əliməmməd Nuriyev tikintinin bir qədər ləng getməsinin həbsxananın mürəkkəb tikinti normaları və maliyyə çatışmazlığı ilə əlaqəli olduğunu deyib: "Bu tamamilə yeni bir tikintidir, yetərli maliyyət vəsaiti ayrılması gərəkdir. Tikintinin sürətli başa çatması üçün maliyyə vəsaiti lazımdır. Ümid edirəm ki, Azərbaycan hökuməti bu istiqamətdə addımlar atacaq. Qobustan həbsxanası fiziki və mənəvi cəhətdən tamamilə köhnəlib. Orada otaqların standartları uyğun deyil, Avropa penitensiar qaydalarından çox uzadır. Həbsxanada fundamental yenidənqurma işləri aparmaq da mümkün deyil. Digər tərəfdən həbsxana ölkəni dünyada tanıdan Qobustan qoruğunun sərhədi yaxınlığındadır. Ölkəmizə gələn xarici turistlər istər-istəməz həmin köhnəlmiş, mənəvi cəhətdən əldən düşmüş ərazini də seyr etməli olurlar. Ədliyyə Nazirliyi, Penitensiar Xidmət çalışır ki, orada saxlama şəraiti standartlara uyğun olsun, amma binanın konstruksiyası elədir ki, belə bir şərait yaratmaq mümkün deyil. Hökumət yetərincə vəsait ayırmalıdır ki, orada tikinti başa çatsın”.
Əliməmməd Nuriyev bildirib ki, vəsait ayrılacağı təqdirdə, ölkədə fəaliyyətdə olan yeganə qapalı həbsxana 2020-ci ilin ortalarında yeni ünvana köçürülə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar