“Nar”ın dəstək olduğu peşəkar boksçular qələbə qazandılar

4-09-2019, 19:06   

 

“Nar”-ın dəstək olduğu Azərbaycanın gənc boksçuları Türkiyənin Sakarya şəhərində keçirilən peşəkar boks döyüşlərində inamlı qələbə qazanıblar. “Baku Fight Lab” boks klubunun yetirmələri olan Rauf Ağayev və Nicat Həsənov Gürcüstan boksçularına qalib gəliblər.

 

Peşəkar boksda 69 kq çəki dərəcəsində ilk dəfə rinqə çıxan Nicat Həsənov Zaza Amiridze üzərində qələbə qazanaraq debüt görüşünü qələbə ilə bitirib. 52 kq çəki dərəcəsində çıxış edən Rauf Ağayev isə rəqibi Mişiko Şubitidzeni artıq 3-cü raundda nokauta salaraq rəqibindən tam üstünlüyünü nümayiş etdirib. 

 

“Baku Fight Lab” bir neçə ay öncə yenidən fəaliyyətə başlamış Azərbaycan Peşəkar Boks Federasiyasına daxildir. Federasiya promouter şirkətlərə boksçular arasında beynəlxalq səviyyəli peşəkar döyüşlər keçirməyə imkan verir.

 

Qeyd edək ki, “Nar”, “Baku Fight Lab” (keçmiş “Rabitə”) boks klubunun rəsmi tərəfdaşıdır. Mobil operatorun dəstəyilə boks klubu valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəkar təlimlər keçir. Gənc boksçuların texniki təchizatı “Nar” tərəfindən təmin edilir, təlimlər isə klubun Dünya və Avropa çempionu olmuş peşəkarlar tərəfindən keçirilir. Təlimlərin məqsədi ölkə gənclərinin zərərli vərdişlərdən uzaq olması və cəmiyyətin layiqli üzvü kimi yetişməsinə töhfə verməkdir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar