Şoumeni "italiyanski" paltar adı ilə aldatdılar - VİDEOFAKTƏLAVƏ OLUNUB
4-09-2019, 20:10
Şoumen Həmid Sultanı aldadaraq pullarını ələ keçiriblər. Bu barədə Criminal.az-a şoumenin özü məlumat verib. Onun sözlərinə görə, Fərid adlı şəxs ona zəng edib şoumenlər üçün İtaliya və Dubaydan səhnə geyimləri gətirdiyini deyib və pullarını alıb:
"Məndən paltar üçün 600 manat pul aldı. Söz verdi ki, sentabrın 4-ə kimi paltarı çatdıracaq. Lakin neçə gündür onun telefonlarına zəng çatmır. Sosial şəbəkədə başıma gələnləri yazandan sonra bir kişi mənə zəng edərək bildirdi ki, Fəridin atasıdır, o dələduzdur. Guya insanları müxtəlif yollarla aldadır".
H.Sultan başına hələnlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini deyir.
++++++
Criminal.az saytının əldə etdiyi məlumata görə, H.Sultana özünü Fərid kimi təqdim edən şəxs əslində Rəşad İsgəndərovdur. O, Gəncə şəhər sakinidir. İlkin məlumata görə, Şəmkir və Gəncə şəhərlərində də bir neçə nəfəri aldadaraq pullarını alıb.