Yeni siyasi məhbus siyahısı etiraz yaratdı: “Qısa müddət ərzində yeni hansı siyahı ola bilər?” - HÜQUQ MÜDAFİƏÇİLƏRİ

4-09-2019, 20:12   


Yeni siyasi məhbus siyahısı etiraz yaratdı: “Qısa müddət ərzində yeni hansı siyahı ola bilər?” - HÜQUQ MÜDAFİƏÇİLƏRİ

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup tərəfindən növbəti siyahı açıqlanıb.

Siyahıya 119 məhbusun adı daxil edilib. 

Əvvəlki siyahi məhbus siyahılarının hazırlanmasında iştirak edən hüquq müdafiəçiləri yenilənmiş növbəti siyahı ilə bağlı Cebhe.info-ya danışıb. 

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella CəfəroğluCebhe.info-ya açıqlamasında həmin siyahının hansı kriteriya və meyarla tərtib olunmasında xəbərsiz olduğunu deyib:

“Mən siyahını görməmişəm və hələlik razı olub-olmadığımı da deyə bilmərəm. Hansı kriteriyalarla o siyahıya 120 nəfərin adı salınıb? Özləri buna cavab versələr yaxşıdır”. 

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlının sözlərinə görə, onların öz siyahısı var ki, ora kriteriyalara uyğun şəxslərin adı salınır:

“ “Yeni siyahı” deyəndə, mən bunu anlamıram. Mart ayında əfv fərmanı verilib, nə qədər adam azadlığa çıxıb. Qısa bir müddət ərzində yeni hansı siyahı ola bilər? Əslində, “yeni siyahı” deyilən bir şey yoxdur. Elə əvvəlki siyahıdır. Sadəcə, bu siyahı üzərində işləyirik.  Azadlığa çıxanların adı siyahıdan silinir, qalanları üçün yenə də iş aparırıq ki, azadlığa çıxsınlar. “Yeni siyahı” deyib ictimailəşdirmək cəmiyyətdə ajiotaj yaratmaqdır”. 

İnsan Hüquqları üzrə Beynəlxalq İşçi Qrupunun Azərbaycan təmsilçisi, hüquq müdafiəçisi Səadət Bənənyarlı “Hərə öz siyahısını təqdim edir, amma onun hansı əsaslarla formalaşdırıldığı bəlli olmur”, - deyə vurğulayıb:

“Kimlər o siyahıya daxil edilib, o haqda məlumatım yoxdu. Bizə bu barədə kifayət qədər müraciətlər olur. Ona görə də biz bilirik ki, kimləri siyahıya daxil etmək olar, kimləri olmaz”. 

Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar