Ərdoğanın bu açıqlaması rezonans doğurdu

5-09-2019, 15:26   

 


   
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nüvə silahları ilə bağlı açıqlaması rezonansa səbəb olub.
Teleqraf.com xəbər verir ki, Ərdoğanın “Türkiyənin nüvə silahına sahib olmaması qəbuledilməzdir” fikri dünyanın nüfuzlu media orqanlarında müzakirəyə çıxarılıb.
“Röyters” agentliyi türk liderin çıxışına geniş yer verib: “İndi kimlərinsə əlində nüvə başlıqlı raketlər var, bir-iki dənə yox, çoxdur. Bəs mənim əlimdə niyə nüvə silahı olmasın? Mən bunu qəbul etmirəm. İndi dünyanın inkişaf etmiş bütün ölkələrinin demək olar ki, hamısının belə silahları var”.
“Röyters” hazırladığı xəbərdə Türkiyənin 1980 və 1996-cı illərdə imzaladığı və nüvə silahı istehsalını qadağan edən müqaviləni xatırladıb.
Amerika KİV Ərdoğanın İsrail haqda fikirlərinə də yer verib: “Yanımızda İsrailı varmı? Var”.
Media qurumları yazır ki, “nüvə qeyri-müəyyənliyi” kateqoriyasında yer alan İsrail nüvə silahına sahib olub-olmamasını ictimaiyyətdən gizlədir. Mütəxəssislər isə İsrailin nəhəng nüvə cəbbəxanasına sahib olduğunu iddia edir.
İsraili mediası da Ərdoğanın bu ölkə və nüvə silahları haqda fikirlərini şərh edib. “Israel National News” saytı qeyd edir ki, ərəb koalisiyası ABŞ və Avropanı İsrailin nüvə qeyri-müəyyənliyini aradan qaldırmaq üçün yola gətirməyə cəhd etsə də, istəyinə nail olmayıb:
“BMT İranı görməzdən gəldiyi halda, İsrail üzərində təzyiqləri artırır. Halbuki İran başçısı tez-tez İsraili xəritədən silməklə təhdid edir”.
ABŞ mediası isə Prezident Ərdoğanın nüvə silahları ilə bağlı fikirləri “S-400” və “F-35” gərginliyindən sonra səsləndirməsinin təsadüfi olmadığını bildirsə də, buna əlavə şərh verməkdən imtina edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar