Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Azərbaycana gəlib.
Məruzəçi 5-7 sentyabr tarixlərində Bakıda olacaq.
Onun Milli Məclisin üzvləri, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Baş Prokurorluq və Prezident Administrasiyasının nümayəndələri, eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirməsi planlaşdırılır (APA).