“Konfet yedik, kişi söhbəti elədik…” – Bəxtiyar Sadıqov Siyavuş Novruzova zəng vurub

6-09-2019, 14:27   

 


Miilli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovla deputat həmkarı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov arasındakı mübahisəyə nöqtə qoyulub.
Bu barədə məlumatı Musavat.com S.Novruzovun özü ilə dəqiqləşdirib.
Xatırladaq ki, mübahisə “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklərlə əlaqədar yaranmışdı. YAP-çı komitə sədri “Azərbaycan” qəzetində başsağlığının pulla dərc edilməsinə etirazını bildirmişdi. S.Novruzov demişdi ki, yeni qanun qəbul olunandan sonar “rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq”. B.Sadıqov isə rəsmi qəzet olmalarına baxmayaraq, dövlətdən heç bir maddi dəstək almadıqlarını desə də, S.Novruzov əks arqumenlərlə onu təkzib etmişdi. Baş redactor bundan sonar polemikalara son qoymuşdu. Ancaq məlum olub ki, iki gün öncə B.Sadıqovla S.Novruzov arasında “tet-a-tet” görüş olub.
S.Novruzov deyib:
– Bəli, biz görüşdük, qucaqlaşdıq, çay içdik, konfet yedik və bütün məsələləri həll etdik. Mənim hər kəsdən bir xahişim var: mənim adımdan istifadə edib onun (Bəxtiyar Sadıqovun-red.) üzərinə getməsinlər! Getməsinlər, elə olmaz! Lazım olsa, mən özüm kiminsə üzərinə gedərəm. Amma mənim adımdan istifadə edib onun üzərinə getmək düzgün deyil. Bircə Sabir Rüstəmxanlını çıxmaq şərtilə. Qalanlardan xahiş edirəm, bu məsələni qapatsınlar!
- Siyavuş bəy, maraqlıqıdr, görüş təşəbbüsü kimdən gəldi?
– Belə bir mövqe nümayiş etdirməkdən, belə fikirlər səsləndirməkdən ötrü mənə heç kəs göstəriş verməyib. Amma oturduq, kişi söhbəti elədik. Görüş təşəbbüsü isə… Hər ikimiz bir-birimizlə zəngləşdik, danışdıq, görüşdük.
- Amma bundan əvvəlki açıqlamanızda “mənim onunla nə müzakirəm ola bilər? O, kimdir mən onunla müzakirə edəm”, demişdiniz…
– Zəng elədi, görüşdük…
- Dediniz ki, məsələləri həll etdik. Maraqlıdır, iki həmkar olaraq öz aranızdakı problemləri necə həll etdiniz? Bundan sonra “Dini etiqad azadlığı” haqqında qanuna düzəlişmi olmayacaq, yoxsa başqa məsələlərlə bağlı anlaşma əldə olunub?
– Yox, qanun yerindədir, ona heç kəs toxuna bilməz. Amma münasibətlərimizi düzəltdik.
- Belə demək olarmı ki, bundan əvvəl sizin aranızda münasibətlər normal vəziyyətdə deyilmiş?
– Yox, bundan əvvəl də münasibətlərimiz gözəl idi. Amma arada bir anlaşılmazlıq olmuşdu. Oturduq, üzbəüz söhbət etdik, həll elədik. Mən istənilən insanla oturub üzbəüz söhbət edə və anlaşma yapa bilərəm.
- Deməli, bundan sonra “Azərbaycan” qəzeti başsağlığını çap edə biləcək, eləmi?
– Mən qanunumu qəbul edim, sonra baxarıq (gülür).
- Amma baş redaktor deyirdi ki, qəzet əməkdaşlarının maaşını başsağlığının dərci ilə verir. Bəs, görüşdə Bəxtiyar müəllim soruşmadımı ki, başsağlığı dərc olunmasa, qəzet işçilərinin maaşını necə ödəyəcək?
– Onun da yolunu tapacağıq (yenə gülür)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar