Azərbaycanda itinə zurna-balabanla toy edənə 300.000 "atdılar" - Biznesmenə dostlarından böyük sədaqətsizlik FOTO

6-09-2019, 19:30   


Azərbaycanda itinə zurna-balabanla toy edənə 300.000

Azərbaycanda itinə toy etməklə məşhurlaşan iş adamının külli miqdarda pulu havaya sovrulub. Criminal.az xəbər verir ki, "G Group”un prezidenti Qalib Mustafayevin ümiumilikdə 300 min manat pulu cinayət yolu ilə mənimsənilib.
İsmayıllı rayon sakini Əvəz Nadirov dostu Avtandil Məmmədovla birlikdə Q.Mustafayevə məxsus "Sədərək" ticarət mərkəzində yerləşən "Elvar" mağazasında 186 min manat dəyərində mebelləri oğurlayıb. Bundan başqa Nəriman Məmmədov həmin ticarət mərkəzində yerləşən Q.Mustafayeva məxsus anbardan 109 min manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb.
Hər iki şəxsin barəsində Qaradağ rayon Polis İdarisində Cinayət Məcəlləsinin 177.3.2-ci maddələri ilə cinayət işi başlanıb. 

Xatırladaq ki, Q.Mustafayev 2017-ci ilin aprelində Amon və İsida adlı cins itlərinə toy etməsi ilə gündəmə gəlib. Toy məclisi Goranboy rayonunda həmin iş adamına məxsus zavodun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub. Onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, "Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb. İş adamı əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib. Məclisi aşıq idarə edib, saz və balabanla mahnılar səslənib, itlərin şəninə sağlıq deyilib. 

Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbaycana elektronika malları gətizdirir. Qalib Mustafayevin "Bentley” və "Jeep Wrangler”, oğlunun və qızının da bahalı "Porshce”, "Mercedes” və "Jeep” markalı avtomobillərinin olduğu bildirilir. Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib. O, 35 il müəllim işlədiyini və indi aldığı təqaüdün az olduğunu deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar