Bu gün günorta saatlarında Cəlilabadda zəlzələ baş verib.
Rixter cədvəli üzrə 3 ballıq zəlzələ Cəlilabad stansiyasından 16 km cənubda qeydə alınıb.
Dərinliyi 21 kilometr olan yeraltı təkan hiss olunmayıb.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Xəzərin Azərbaycan sektorunda zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası isə 3,6 bala çatıb.
Görəsən, son zamanlar zəlzələnin aktivləşməsinin səbəbi nədir?
Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli Azərbaycanın seysmoaktiv ərazidə yerləşdiyini, ona görə də bu kimi halların normal olduğunu bildirib:
“Arabir zəlzələ olur, bu normal haldır. Lakin buna aktivləşmə demək olmur, çünki normal seysmoloji hadisələrdir. Azərbaycan seysmoaktiv ərazidə yerləşir və burada belə zəif zəlzələlərin olması adi haldır. Bu, Rixter cədvəli üzrə 3 bal gücündədir. 24 kilometr dərinlikdədir və yer səthində hiss olunmayıb. Həmişə olduğu kimi tektonik proseslər gedir və bu da onun nəticəsində baş verən zəlzələlərdən biridir”.
Səyad Həsənli
Cebhe.info