“Biz niyə təhqir olunmalıyıq, niyə söyülməliyik?” – YAP-çı deputat Siyavuş Novruzova DƏSTƏK ÇIXDI

8-09-2019, 14:18   

Yeni Azərbaycan Partiyasından olan daha bir millət vəkili Tahir Rzayev, həmkarı Siyavuş Novruzovun vəzifədən gedən nazir və məmurlarla bağlı son açıqlamasına dəstək çıxıb.

Turkustan.info xəbər verir ki,  T.Rzayev “etikxeber”-ə açıqlamasında bir çox hallarda məhz hakim partiyada təmsil olunmuş həmin sabiq nazirlərə, vaxtilə vəzifə tutmuş o şəxslərə görə təhqir olunduqlarını bildirib.

“Biz də vətəndaşıq, biz də insanıq. Biz niyə təhqir olunmalıyıq, niyə söyülməliyik? Bir çox hallarda da məhz onlara görə!!! Onların özlərinin ünvanına nə qədər sözlər deyirlər”-deyən millət vəkili vurğulayıb ki,  onlar özləri heç olmasa özlərini müdafiə etsinlər:

Düzünü deyim ki, mənim əlimdə hakim partiya üzvü olan sabiq nazirlərlə bağlı hansısa faktlar  yoxdur. Amma Siyavuş müəllimin sözünə, dediklərinin əksəriyyətinə haqq qazandırıram. Çünki bu adamlar-sabiq nazirlər uzun müddət bu dövlətdə, bu hakimiyyətdə, hökumətdə təmsil olunublar, bunlar insanlar arasında olublar. Bunların vəzifədən çıxandan sonra birdən-birə istər ictimai həyatdan, ictimai səhnədən çəkilmələri və gedib oturub susqunluq göstərmələrini düzgün qəbul eləmirəm. Nə olar nazir vəzifəsindən çıxanda, bir vətəndaş kimi dünyada baş verən hadisələrə, ölkədə baş verən proseslərə öz münasibətlərin bildirməlidirlər”- deyə deputat YAP-çı deputat sözlərinə əlavə edib.

Bu qədər Yeni Azərbaycan Partiyasını (YAP) tənqid edirlər, bu qədər hökuməti tənqid edirlər, müəyyən müxalif dairələr var ki, hətta, təhqirlər yazdırırlar, şantajı-böhtanı tirajlandırırlar, yeri gələndə bu sabiq nazirlərin biri çıxmalıdır ortalığa və deməlidir ki, düzgün deyil. Biz işlədiyimiz vaxtda həqiqətən belə olub, problemlər, çətinliklər olub, lakin bunlar aradan qaldırılıb. Düzdür, nöqsanlar da olub, onların da həlli yolunda adımlar atılıb və atılır və sair. Amma onların biri də çıxıb bunu demir, cavab vermir. Bunların hamısının bir az susqunluq göstərməsini mən qəbul edə bilmirəm.

“Mən YAP-ı demirəm, YAP-ın o fəal üzvlərini demirəm, hökuməti də demirəm, onların özləri heç olmasa özlərini müdafiə etsinlər. Qoyaq bunları qırağa. Amma bir vətəndaş kimi hər birimiz öz mövqeyimizi bildirməliyik. Radikal, barışmaz müxalif dairələrə, eləcə də Azərbaycan haqqında mənfi fikir söyləyənlərə, dövlətin, prezidentin siyasətinə qarşı çıxanlara qəti mövqeyimizi bildirməliyik,  faktlarla sözümüzü deməliyik. Amma çox təssüflər olsun ki, bunlar, hətta, özlərini belə müdafiə etməkdən çəkinirlər, qırağa çəkilirlər. Yenə deyirəm, onlar haqqında hədyanlar söylənilir, tənqidlər, təhqirlər səsləndirilir, heç olmasa bunlar çıxıb bir deməlidirlər ki, elə deyil,  dövləti bu qədər dağıtmamışam, dövlətə bu qədər ziyan vurmamışam, o faktların əksəriyyəti hardansa götürülüb, deyilib və sair.

Nə olar, adam işdən çıxardılar da… Hər bir insan işə girdiyi vaxtda da, vəzifə tutduğu da düşünməlidir ki, nə vaxtsa bu vəzifədən gedəcək, amma, o, bir insan kimi, bir ölkə vətəndaşı kimi, bir YAP fəalı kimi, Siyasi Şurasının üzvü kimi öz mövqeyini bildirməlidir. Öz mövqeyini ortaya qoymalıdır. Axı, hökumət, hakimiyyət bu gün vəzifədə olanlardan ibarət deyil?! Adi vətəndaşdan tutmuş, ən yüksək nöqtədə dayanan vətəndaşa kimi hər bir adam gərək hökuməti müdafiə etməyə qadir olsun. Sözünü deməyə qadir olsun. Bəzən elə olur ki, adi-sıravi adamlar görürsən ölkə rəhbəri, ölkənin inkişafı, ölkədə baş verən hadisələr haqqında elə sanballı, elə tutarlı fikir söyləyir ki, adam heyran qalır. Hətta, gənclər var ki, elə gözəl,  elə yaxşı mövqedə olurlar ki, adam heyran qalır.

Ancaq sabiqlərin çoxundan bunu görmür, eşitmirik. Bunlar vəzifədən çıxıblar, bunlar vətəndaşlıqdan çıxmayıblar axı? Bunlar partiyadan çıxmayıblar axı? Bunlar ölkədən çıxmayıblar axı? Bunların hər biri Azərbaycanda  yaşayıblar, yaşayırlar və uzun müddət vəzifə daşıyıblar. Elə bilirəm ki, bunlar da yeri gələndə öz mövqelərini ortaya qoymalıdırlar…”.

T. Rzayev eyni zamanda, maraqlı bir məqama toxunub:

“Əvvəllər də belə faktlar olub ki, bəzi nazirlər bir-birilə münasibətləri korlananda hansısa mətbuat orqanlarını maliyyələşdiriblər, onlardan istifadə ediblər bir-birilərinə təsir vasitəsi kimi. Müəyyən müxalif qüvvələrdən təsir qüvvəsi kimi istifadə ediblər. Belə faktlar, əlbəttə ki, var, biz də bunu görmüşük, eşitmişik…”-deyə, o, bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar