Stanislav Tarasov
regnum.ru, 08.09.2019
Ermənistan baş nazirinin keçmiş I müavini, ən təcrübəli milli siyasətçilərdən biri Vazgen Manukyan qeyri-adi bəyanatla çıxış edib. “Biz 1990-cı illərdə hakimiyyətə gələndə KQB arxivlərini açıb-açmamaq məsələsi əlüstü müzakirə olunmağa başladı, – o deyib. – Hələ açıb-açmamaq qərarına gəlməmişdik, amma mən onunla tanış olmaq istədim. Bəlli oldu ki, Sovet İttifaqı göründüyündən ağıllı imiş və hakimiyyətə gəlişimizdən bir neçə gün öncə KQB-nin bütün sənədləşməsi təyyarələrlə Smolenskə daşınmışdı. Mən arxivi Ermənistana qaytarmaq tələbilə KQB-nin rəhbərliyinə, Qorbaçova müraciət etdim”.
Manukyan beləliklə məsələlərin tam bir qatını qaldırıb, bunlara cavab axtarışı təkcə idraki deyil, daha çox kəskin siyasi maraq ifadə edir. Lakin SSRİ KQB-si öz arxivini Cənubi Qafqazın sovet respublikalarından çıxarmaq haqda nə vaxt qərar qəbul edib? Manukyan 1990-cı illərin əvvəlini göstərir. Bir zamanlar keçmiş SSRİ KQB-sinin arxivinin bir qismini qaytarmaq haqda Moskvaya sorğu ilə müraciət etmiş rəsmi Tiflis də bu tarixi göstərir. Azərbaycan haqda tərəfimzidən məlumat aşkarlanmayıb, amma güman etmək olar ki, Moskva bölgədə aksiyanı eyni vaxtda keçirib. Düzdür, müəllif arxivlərin çıxarılması haqda bir zamanlar SSRİ KQB-sinin keçmiş sədri Vladimir Kryuçkova sual verməyə nail olanda o yalnız deyib: “Bir az əvvəl”. Bu əməliyyatı müəyyən dərəcədə Вöyük Vətən müharibəsi illərində potensialca düşmən tərəfindən işğal oluna biləcək cəbhəyanı zonalar, yaxud ərazilərdən arxiv sənədlərini təxliyyə etmək tədbirlərilə tutuşdurmaq olar. Deməli, SSRİ KQB-si ölkənin qarşıdakı dağılması və Cənubi Qafqaz üzərində nəzarəti itirmək haqda məlumata malik idi.
SSRİ KQB Birinci Baş İdarəsi rəisinin keçmiş müavini general-leytenant Nikolay Leonov danışıb ki, Lubyankada artıq 1980-ci illərin sonunda Cənubi Qafqazın sovet respublikalarında o zaman nə verdiyini, işlərin SSRİ-dən qopmağa apardığını başa düşüblər. Dağlıq Qarabağda “hər şeyin pərən-pərən düşdüyü” bir vaxtda bölgədə millətçilik dalğasının burulduğu haqda SSRİ KQB-sinin həcmcə çoxalan məlumatlarına baxmayaraq, Sov.İKP MK-nın fəaliyyətsizliyini də görürdülər. Ermənistan və Azərbaycan bu vaxta doğru Dağlıq Qarabağın statusu üzrə təkcə radikal şəkildə aralanmadı. İki müttəfiq ölkə sovet keçmişindən qopmağın fərqli yollarını seçdi. Aydındır ki, başqa qaynaqlardan savayı xalq cəbhələri deyilən düşərgələrdə də fəal iş aparan KQB-nin agentura şəbəkəsindən də belə bir məlumat gəlirdi.
O zaman paradoksal durum yaranmışdı: Cənubi Qafqaz ölkələrində milli-demokratik deyilən inqilabların uğuru halında bir çox proseslər yenə də SSRİ KQB-sinin nəzarəti altında görünə bilərdi. Destruktiv və ekstremist güclərin fəaliyyəti haqda xəbərdarlıq edəndə bu, müəyyən mərhələdə belə də oldu. Təəssüf ki, sovet təhlükəsizlik qurumlarının bu hadisələrdəki rolunu işıqlandıra biləsi sənədlər son dərəcə az qalıb. Yəni KQB yeni qüvvələrin güclənməyinin qarşısını almağın mümkün olmadığını anlayaraq təşəbbüsü ələ keçirib “prosesə başçılıq etməyi” təklif edirdi. Çekistlər bu zaman başa düşürdülər: Moskvada baş verən hadisələrin belə gedişatı zamanı hakimiyyəti saxlamağa az şans qalırdı, onlar başqa təşkilat və partiyalar üzərindən iş görürdülər. Aydındır ki, belə süjetlər SSRİ KQB-sinin yerli qurumlarının mərkəzə göndərdiyi və yerli hakimiyyət strukturlarının sərəncamında qalan xəbərlərin məzmununda əks olunurdu.
Cənubi Qafqazda ictimai fəallığın, hər yeydən savayı, çoxsaylı siyasi partiyalara dönüşən bəzi qaynaqları çox maraqlı və perspektivli idi. Buna görə yeni hakimiyyətlərin başqa siyasi məkanda opponentlərə qarşı istifadəsi mümkün olan belə sənədlərə çıxış əldə etmək səyləri də anlaşılan idi. SSRİ KQB-si tərəfindən məhz bu məlumatlar çıxarılmışdı və çətin ki, görünən gələcəkdə hamı üçün əlyetən olsun. Başqa məsələdir ki, yeni respublikaların hakimiyyətlərinin əlində bir qədər uzaq dövrlərə aid sənədlərin çox nəhəng layı qalmışdı. Amma, məsələn, Gürcüstan prezidenti Mixail Saakaşvili “yeni Gürcüstanın keçmiş SSRİ qarşısında heç bir öhdəliyi olmadığı və Gürcüstan Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanan sənədlər geniş ictimaiyyət üçün əlyetən olmalıdır” deyəndə arxivlərdə özü üçün istənilən siyasi sensasiya aşkarlamadı.
Saakaşvili bundan sonra bildirdi ki, guya “keçmiş KQB-nin arxivinin böyük hissəsi İqor Georqadze dövlət təhlükəsizlik naziri postunu tutarkən Rusiyaya daşınıb”.
Bax, Manukyanın SSRİ KQB-nin arxivlərinə marağı buna görə səbəblər və vadar edən motivlər haqda məsələ qoyur. Bunlar ən müxtəlif ola bilər. İdraki ola bilər. Ya da SSRİ KQB arxivləri İrəvana süzgəcləmə prosesinə hazırlıq üçün gərəkdir. Çünki bu gün Ermənistan xüsusi xidmətlərinin əlində olan materiallar ölkə vətəndaşlarının Rusiya xüsusi xidmətləri ilə ehtimal edilən işbirliyini hüquqi baxımdan təsdiq eləməyə yetərli deyil. KQB ilə əməkdaşlıq etmiş şəxslərin seçkili siyahısının elan edilməsi özünəməxsus ruletka oyunu olardı: bəzilərinin bəxti gətridi, bəzilərininki yox.
Görünür, İrəvanda kimsə arxivlərlə, KQB ilə əməkdaşlıq etmiş şəxslərin elan edilməsilə bağlı siyasiləşdirilmiş kampaniya başlamaq niyyətindədir. Manukyan eyham vurub ki, bundan heç nə alınmaz: axtarılan arxiv çoxdan Ermənistanda deyil.
Tərcümə Strateq.az-ındır.