Suriyanın Əbu Kamal şəhərini hədəf alan hava hərəkatı F-35 qırıcıları ilə təşkil edilib.Publika.az xəbər verir ki, beynəlxalq mətbuatda yer alan iddialara görə, hücum İsrail tərəfindən gerçəkləşdirilib.
İsrail iddiasıHaşdi Şabi mövqelərinin hədəf alındığı hava hərəkatında F-35 qırıcılarının istifadə edilmə iddiası əsassız deyil. Belə ki, bu bölgədə F-35-ləri əməliyyatlarda istifadə edən ilk ölkə İsraildir. Təl-Əviv hökuməti F-35-lərin gəlməsindən bu yana Haşdi Şabiyə qarşı 5 dəfə hava hərəkatı təşkil edib.
***11:54Suriyanın şərqində yerləşən Əbu Kamal bölgəsinə hava hücumları təşkil olunub.Publika.az xəbər verir ki, hücum nəticəsində İran dəstəkli qruplaşmanın 18 əsgəri ölüb.
Bu barədə mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qurumu məlumat yayıb.
Hücumun kim tərəfindən edildiyi hələ ki, məlum deyil.
Zümrüd