"Azərbaycanda “uşaqpulu” verilmir” fikrini səsləndirmək doğru deyil" — Baş Nazirin müavini
11-09-2019, 18:48
Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada “ölkədə “uşaqpulu” verilmir” məntiqini qəbul etmirəm. Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: “Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur”.
Ə.Əhmədov vurğulayıb ki, bu baxımdan “Azərbaycanda “uşaqpulu” verilmir” fikrini səsləndirmək doğru deyil: “Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu “uşaqpulu” formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur”. (Trend)