TALİBAN və İŞİD YENİDƏN ABŞ-ın KÖMƏYİNƏ GƏLİR… –Vahan dəhlizində Çinə qarşı çəkilən "Çin səddi" - ARAŞDIRMA

14-09-2019, 15:38   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 13 sentyabr 2019-cu il

 

Bu il başa çatmadan, qəribə şeylər olacaq. Hava dumanlıdır. Müxtəlif addımlar atılsa da, yeni sistem heç cür oturuşa bilmir. Etirazlar edilir, qarşı addımlar atılır və gərginlik, əslində, mübarizə hər yerə yayılır. Ağ Ev də qarışıb. Londondakı Bukinqem sarayı da hüzur içində deyil. Kreml də həmçinin. Çin də hadisələrin inkişafını uzaqdan izləyir və narahatdır. Orta Şərq və Avrasiyada gözləmə davam edir. Avropa tikan üzərində oturub.

Yenə uzaqlardan başlayıb daxilə gələk…

ABŞ-la Talibanın anlaşa bilməməsi son günlərdə mediada yer aldı. Hər kəs bu barədə yazdı, pozdu. Hətta ABŞ Prezidenti Tramp, 11 sentyabr çıxışında “Talibana heç zaman olmadığı qədər şiddətli şəkildə hücum edəcəyik” dedi. Beynəlxalq kəşfiyyat dairələrində bir söz vardır: “Bir ABŞ prezidenti və ya MKİ direktoru hər hansı bir terror təşkilatını hədəf seçirsə, düşmən elan edirsə, bilin ki, o təşkilat artıq amerikan malıdır”.

Talibanla ABŞ-ın 9 görüş keçirməsi də yalandır. Nümayiş üçün keçirilən görüşlərdən öncə ABŞ Talibana bir ödəmə həyata keçirdi. Xatırlayırsınızsa, ödənən pul 200 milyon dollar idi. Qarşılığında Taliban Aminullahı həbsxanadan buraxdı.

Həmin Aminullah aylardır Çin sərhəddində davam edən çalışmalarını tamamladı. Pentaqonun başladacağı “Taliban əməliyyatı” ABŞ-ın narkotik ticarətindəki geriləməsinin də önünü açacaq. 2001-ci ilin 11 sentyabr hücumlarından sonra ABŞ Əfqanıstan xəttindən yayılan narkotik bazarının ən önəmli aktyoru olmuşdu. ABŞ 1,5 trilyonluq bazarın önəmli qismini ələ keçirmişdi. İndi bunu daha da artırmaq niyyətindədir.

Bəzi ekspertlərə görə, ABŞ bu gün 800 milyard dollar çirkli pula hökm edir. Bu, böyük puldur. Əfqanıstandan başlayan narkotik xəttindən Rusiya və İngiltərə də böyük pay alır.

Ortada böyük miqdarda pul vardır. ABŞ bundan doya-doya istifadə etmək istəyəcək. Kimə qarşı, nəyə qarşı? Cavab bəsitdir. Çinə qarşı.

Aminullah, Vahan dəhlizindəki təlimlərinə Blackwater” ilə davam etməkdədir. Özü də bütün sürətilə. “Blackwaterin, yeni adı ilə “Akademiya”nın patronu Erik Prins, 2013-cü ildə “İpək yolu” layihəsinə daxil oldu. Təbii, o günlərdə ABŞ-la Çinin böyük ortaqlığından söhbət gedirdi. Çin Prezidenti Si Cinpin, Avropa və Afrikadakı elektrik şəbəkələri, avtomobil yolları və digər strateji infrastrukturları Erik Prinsin inşa edəcəyini qəbul etdi. Prins öncə Honkonqda, ardınca Pekində Si Cinpinqin komandası ilə bir araya gəldi. Hər şey planlaşdırıldığı kimi getdiyi halda (hətta anlaşmanın əldə edildiyi günlərdə Prins 970 milyard dollarlıq varlığı olan CİTİC-in dəstəyilə Honkonqun ən güclü adamı oldu), 2014-cü ildən etibarən münaqişə başladıÇin də həmən Pentaqonun gizli silahı olan Erik Prinslə əldə edilmiş anlaşmaları bitirdi.

Bu dövrdə bizdə də 17-25 dekabr 2013-cü il əməliyyatları baş verirdi. Türkiyə silkələnirdi. Heç kim nə baş verdiyini anlaya bilmirdi. Dalbadal əməliyyatlar keçirilir, 15 iyul 2016-cı ilin çevriliş cəhdinə qədər gedən yol açılırdı.

İndi işlər pozulduğu üçün Erik Prins Aminullah və komandasının təlimində baş rolu öz üzərinə götürüb. Yeni plana əsasən, Pentaqon Talibana hücum edəcək. Taliban daxilindən ayrılaraq çıxan bir qrup Çinlə qarşı-qarşıya gələcək və sərhəddə hərəkətlilik başlayacaq. Ardınca İŞİD Aminullahla birlikdə Çində qarışıqlıq yaradacaqƏslində, bu plan heç gizli də deyil. ABŞ Çinlə İŞİD və “Akademiya” vasitəsilə münaqişə aparacaq. Çin “İpək yolu” layihəsindən geri addım atanadək, enerji məsələsində ABŞ-dan asılı hala düşənədək, bu münaqişə halı davam edəcək.

Tramp, tarixi təhdid səsləndirdi. “Çindəki amerikan şirkətləri bir neçə gün içində ölkədən ayrılar” dedi. Bu hərəkət Ağ Evdə ən böyük addım kimi qiymətləndirilir. Çünki Çində pul qazanan 10 şirkətdən 8-nin sahibi və ya ortağı amerikalıdır. Bu halda, Çin istehsal edə bilmədiyi üçün batar. Xalq aclıq həddinin altına düşdüyü anda Çin röyası kabusa dönər.

Pekin bunu yaxşı bildiyi üçün Afrika ölkələri, Rusiya, Türkiyə, hətta Venesuela ilə önəmli ortaqlıqlar qurmaq istəyir. Ancaq Çinin ortaqlıq qurmaq istədiyi ölkələrdə də ciddi sıxıntılar var. Bunları aşa bilən ölkələr, əlbəttə, Çinlə ittifaq quracaq. Hələlik isə bu ortaqlıq qurma işi çox ağır irəliləyir. Çünki arxa qapıdan işləyən ABŞ onları rahat buraxmır. Son hesabatlara əsasən, 2020-ci ildə terrorun ortaya çıxacağı ölkələr olaraq Afrika və Asiya ölkələri göstərilir.

2019-cu ildə Afrikadakı xarici terrorçuların sayının 700%-lik artımı heç də təsadüfi deyil. Afrika, başda neft olmaqla, enerji istehsalına görə yeni dünyanın ən önəmli mərkəzi olacaq. Şimali Afrika da çox önəmlidir. ABŞ terrorçu qrupları bölgəyə yığaraq Çinin Aralıq dənizindəki enerji planını bitirmək istəyir. Strateji önəmə sahib olan Bab əl-Məndəb boğazında terror qrupları sıxlaşmağa başlayıb artıq.

2025-ci ildən etibarən ABŞ-ın xaricdən idxal etməli olacağı neftin hər üç barrelindən ikisinin Aralıq dənizi və Şimali Afrikadan gəlməsi proqnozlaşdırılır. ABŞ bu neftə pul ödəmək istəmir. Bu səbəblə, Aralıq dənizində öz təsirini artıraraq Çinin ən böyük planının həyata keçməsinin qarşısını almaq istəyir. Yəni, ABŞ-ın Aralıq dənizi həmləsi həm öz enerji ehtiyacını ödəmək, həm də Çinin ehtiyacını Vaşinqtondan idarə etmək məqsədi daşıyır. Çinin enerji olmadan yaşayacağı çətinlik siyasətlə maraqlanmayan hər kəsin belə, asan anlayacağı bir məsələdir. Bu, bir də Vahan dəhlizinin sonunda yaşanacaq terror Çini həmlə edə bilməyəcək durumda buraxacaq.

Pekin, əlbəttə, bu hazırlıqları görməkdədir. Ancaq onun seçim variantları çox deyil. Ən azı, indiyədək ABŞ-ın qarşısına aydın mövqe ilə çıxa bilmədi. Bu, çıxmayacaq mənasına gəlməsə də, Çinin nə edəcəyi maraq mövzusudur. Bəzi şərhçilər “Çin böyük olmaq üçün böyük həmlə etməlidir” xəbərdarlığı etməkdədir.

Çinin reaksiyası da, reaksiya verməməsi də Türkiyənin mövqeyinə təsir edəcəkdir. Türkiyənin mövqeyi isə “İpək yolu”nun kimdə qalacağını göstərəcəkdir.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar