Müsavat qurultaya gedir; Tofiq Yaqublu başqanlığa namizəd olacaq

17-09-2019, 08:42   

Müsavat Partiyası Divanının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu təmsil olunduğu partiyanın başqanlığına (sədrliyinə) namizədliyini irəli sürmək qərarına gəlib. Bu barədə feysbukda Tofiq Yaqublunun özü məlumat yayıb.

Müsavatın Divanı partiyanın növbəti qurultayını bu il oktyabrın 12-də keçirməyə qərar verib.

Tofiq Yaqubludan başqa partiyanın fəallarından Yadigar Sadıqlı da başqanlığa namizədliyini irəli sürəcəyini açıqlayıb.


azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar