ABŞ İranla bağlı hesabatı təqdim etdi: MÜHARİBƏYƏ HAZIRLIQ

17-09-2019, 17:30   


ABŞ İranla bağlı hesabatı təqdim etdi: MÜHARİBƏYƏ HAZIRLIQ

ABŞ Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına endirilən zərbələrlə bağlı hazırlanan hesabatı bu ölkəyə təqdim edib.

Cebhe.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" öz mənbəyinə istinadən yazıb.

Məlumata görə, ABŞ kəşfiyyatı artıq bununla bağlı hesabat hazırlayıb. Hesabata əsasən, İrana məxsus 20-dən artıq pilotsuz aparat onlarla raketlə hücum edib.

Ancaq Səudiyyə Ərəbistanı ABŞ-ın versiyasını təsdiqləyəcək dəlillərin kifayət qədər olmadığı qənaətindədir. ABŞ tərəfi yaxın zamanda əlavə məlumatları Səudiyyəyə təqdim edəcək.

"Bu hücumu İran edib. Husilər məsuliyyəti üzərlərinə götürüblər. Tramp gözləyir ki, Ər-Riyad rəsmən İranı bu hücuma görə günahkar elan etsin. Ancaq bundan sonra onlar bizim köməyimizə ümid edə bilərlər",- deyə yüksək rütbəli amerikalı məmur bildirib. 

Xatırladaq ki, sözügedən hücum 14 sentyabrda olub. 

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar