Stanislav Tarasov
regnum.ru, 17.09. 2019
Rusiya, İran və Türkiyə liderləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayib Ərdoğan Ankarada növbəti görüş keçiriblər. Bu, Astana prosesinə zamin ölkələrin liderlərinin beşinci belə sammiti idi.
Birincisi 2017-ci ilin noyabrında Soçidə baş tutub. Aydındır ki, hər bir görüşün həm gündəlik, həm də danışıqların gedişinə və əldə edilmiş uzlaşmalara təsir edən xarici siyasət fonu baxımından öz özəllikləri var. Ankara sammiti bu mənada istisna olmayıb. Məsəlçün, Putin, Ərdoğan və Ruhani açıq çıxışlarda bəyan edilən gündəliyi bütünlükdə gözləyiblər: Suriyada Konstitusiya komitəsi formalaşdırmaq prosesinin başa çatması və işə düşməsi – bu, BMT-nin yardımı ilə bu ölkədə siyasi tənzimləmə prosesini irəlilətməlidir – habelə İdlibdə və ölkənin şimali-şərqindəki durum. Türkiyənin keçmiş Suriya səfiri Oğuz Çəlikkolun fikrincə, bu iki problem dolayısı ilə bağlıdır. Konstitusiya komitəsinin işinin başlanması ölkədə təkcə yeni əsas Qanunun hazırlanması deyil, həm də Suriyada ya 2021-ci ilə nəzərdə tutulmuş prezident seçkiləri başlanmazdan qabaq, ya da ondan sonra ciddi sosial-iqtisadi islahatlara strat verməlidir.
İdlibə gəlincə, Rusiya prezidentinin Suriya üzrə özəl təmsilçisi Aleksandr Lavrentyevin fikrincə, o, lokallaşa bilər. İdlibdə radikal döyüşçülər tərəfindən təxribat hərəkətlərinə cavab olaraq Suriya ordusunun hücum əməliyyatı keçirilib. Təbii, belə əməliyyatların gedişində “əlbəttə, müxalifətin nəzarətinə qaytarılmayan müəyyən ərazilərin azad edilməsi gedir”. Problem bundadır ki, mötədil adlanan, dialoqun prinsipcə mümkün olduğu silahlı müxalifət ərazinin cəmi 5-6%-ə göz qoyur (əvvəllər 40-45%-ə çatırdı). Ankara isə qoyulan vəzifələrin öhdəsindən açıqca gələ bilmir, hüdudlamaq problemini həll etməyib, indi isə bu məsələ ümumiyyətlə ləğv edilə bilər. Çünki, Lavrentyevin sözlərinə görə, “əks halda, radikal qruplaşmaların sərbəst ağalıq edə biləcəkləri necəsə bir təhlükəsizlik zonası qururuq”. Yəni Türkiyənin CNN Turk telekanalının qeyd etdiyi kimi, İdlib Türkiyə üçün sammit anında “xəstə bu gün”, Suriyada Konstitusiya komitəsi isə “xəstə sabah”dır.
Türkiyə amerikalılarla birgə Suriya ilə sərhəddə bufer zona yaratmağa gedir və onlarla birlikdə orada gözətçilik aparır. O hətta Suriya kürdləri ilə mübarizə bəhanəsi altında Fəratdan şərqdə hərbi əməliyyat haqda məsələni geri götürmür. Türkiyə professoru Hasak Köylü durumu Habertürk TV-yə şərh edərək deyir ki, ABŞ Ankaranı Suriyanı dağıtmaq üzrə öz ssenarisinə çəkir. Onun sözlərinə görə, Türkiyə-Amerika təhlükəsizlik zonası gələcəkdə “qarnizon dövlət”ə çevrilə bilər. Türkiyə hətta Fəratdan şərqdəki zonanı öz nəzarətinə, ya da amerikalılarla birlikdə nəzarətə götürərsə, oranı idarəçilik altında saxlamağı bacarmaz. Amma Ankara üçün təhlükə bundan ibarətdir ki, Vaşinqtonun yaratdığı “bölünmüş Suriya modeli” Türkiyəyə retranslyasiya olunacaq, “gələcək kürd dövlətinin sərhədləri isə Fəratdan keçə bilər”. Yeri gəlmişkən, Türkiyənin məhz indi “ən təhlükəli böhran durumuna düşdüyünü” hesab edən bir çox başqa eksperti də bu fikri bölüşür.
İranla da hər şey sadə deyil. Ruhani Putinlə ikitərəfli görüşdə sıradakını bildirib: “Suriya yönündə böyük uğur və qələbələr əldə olunub, amma qeydə alırıq ki, problemlər qalır və Rusiya-İran-Türkiyə formatı bunların həllində böyük rol oynayır”.
Və sonra. Türkiyənin bir çox eksperti diqqəti buna yönəldib ki, Türkiyə tərəfi sammiti bu dəfə əvəvlki kimi Beştəpə bölgəsindəki prezident sarayında deyil, Kamal Atatürkün adına bağlı tarixi Çankaya sarayında keçirməyi qərara alıb. Türkiyə eksperti Abad Emrə Gürkan hesab edir ki, Ərdoğan bu qayda ilə “Türkiyə Cümhuriyyətinin təşəkkül vaxtı Moskva bolşeviklərinin Türkiyənin milli-azadlıq savaşına böyük töhfə verdikləri Moskva və Ankara işbirliyini Putinə xatırlatmaq istəyib”. Bütün əlamətlərə görə, Rusiyanın nümayəndə heyəti olan problem və ziddiyyətləri üzə verməməyə çalışaraq Ərdoğanın rəmzi gedişini savadla qavrayıb. Moskva, hər şeydən başqa, hərbi-texniki sahə daxil olmaqla ən müxtəlif sahələrdə ikitərəfli işbirliyinin uğurlu inkişaf məsələlərini də əhatə edən geniş, konstruktiv dialoqa çıxır.
Türkiyənin və əlbəttə ki, Rusiya və İranın fəal iştirakı ilə Suriyanın Konstitusiya komitəsinin artıq praktik olaraq formalaşdırıldığı bildiriləndə bəlli olub ki, Ankara hər halda Suriyanın ərazi bütövlüyünü saxlamağa yön götürür. Yeri gəlmişkən, bu, danışıqların yekunları üzrə birgə bəyanatda qeydə alınıb. Bir sözlə, Çankaya sarayındakı sammit bütün iştirakçılar üçün çətin, amma uğurlu olub. Suriya tənzimlənməsinin prinsipial məsələləri üzrə ümumi mövqelər göstərilib və qeydə alınıb, ümumi təhlükəsizlik cizgilərinin biçimlənməyə başladığı bölgədəki qəliz durumda birgə fəaliyyətin təcrübəsi hazırlanır. Tərəflər bununla yanaşı özlərinin konkret milli maraqlarından çıxış etməyə can ataraq bir-biri üçün həssas problemə anlayış göstərir.
Fakt üzrə Yaxın Şərqdə yeni geopolitik gerçəkliklər formalaşır. Üç liderin növbəti görüşünü gələn ilk Tehranda keçirmək nəzərdə tutulub.
Tərcümə Strateq.az-ındır.