ABŞ Silahlı Qüvvələrini bölgəyə göndərir: İrana qarşı müharibənin İLK ADDIMLARI

21-09-2019, 16:04   
 

ABŞ Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə əlavə hərbi qüvvə və müdafiə dəstəyi göndərəcək.
Publika.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper və Baş qərargah rəisi Cozef Danford ortaq mətbuat konfransında açıqlayıb.
Esper açıqlamasında “Prezidenti Tramp Səudiyyə Ərəbistanının tələbinə cavab olaraq müdafiə edəcək və xüsusilə, hava və raket hücumlarına qarşı diqqətini yönəldəcək ABŞ qüvvələrinin həmin ölkəyə yerləşdirilməsini təsdiq edib. ABŞ İranla savaşmaq istəmir. Amma başqa variantlar da var. Təbəqəli müdafiə sistemi dronlar və ya raketlərin axın etməsi təqdirində krallığı daha yaxşı qoruya biləcək. Heç bir sistem bu tip hücumların öhdəsindən gələ bilməz” sözlərini deyib.
Danford isə məsələ ilə bağlı detalların həftəsonu açıqlanacağını və bilgilərin gələn həftə paylaşılacağını deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkəti ötən həftə raket və dronların hücumuna məruz qalmışdı. Hücumun məsuliyyətini Husi üsyançıları öz üzərinə götürüb.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar