Quli Qurana and içib ki...- “qanuni oğru” barədə şok xəbərlər

23-09-2019, 17:00   


Kriminal aləmdə yeni savaş başlayıb, tərəflər bir-birini nədə ittiham edirlər-hekayənin təfsilatın müsavat.com-da

Avqustun sonunda Türkiyə “qanuni oğru” Nadir Səlifovla (Quli ) təkcə Rusiyanın deyil, Avropada cinayət aləmin ən tanınmış fiqurlarından biri olan Şakro Molodoy ləqəbli Zaxari Kalaşov və digərləri arasında ciddi konfliktə səbəb olacaq bir hadisə baş verib.

Qulinın olduğu toplantında Quram Çixladze şillələnib. Məsələ ondadır ki, Quli ilə yaxınlaşan Quramın Türkiyədə qətlə yetirilən Rövşən Canıyevin(Lənkəranski) adamları ilə yaxınlığı üzə çıxıb. Bu adamlar isə 2017-ci ildə Türkiyədə Qulinin evinə basqın ittihamlı ilə həbsə alınmış, sonradan Qulinin şikayət etməməsi səbəbindən azadlığa buraxılmışdılar.

Quli Qurama Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklindən sonra hərəkətini görə şillədib, ondan uzaq durmasını istəyib. Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı Arman Cumagəldiyevin edib.  Quli “oğrunun zərər görməsini istəməzdim, amma oğlan bir şeyi səhv başa düşdüsə, mən günahkar deyiləm" deyib.

8_3 (1).jpg (60 KB)

Quram Çixladze

Bu insident tezliklə cinayət aləmində böyük rezonans doğurub. Çünki Quram sadəcə, “oğlan” deyil. Onun “oğru aləminə” yolu atasının və anasının öldürülməsi ilə başlayıb.

1994-cü ildə- Quram 6 yaşında olanda onun gözləri önündə atası-“qanuni oğru” Aftandil Çixadzeni və anasını öldürüblər. Bu hadisədən sonra Şakro da daxil “qanuni oğru”lar Qulamı öz himayələrini götürüblər. 16 yaşında ona “qanuni oğru” titulu veriblər. Qətldən 20 il sonra Moskvaətrafı Krasnoqorsk vilayətdəki ticarət mərkəzində Çixadzelərin qatili hesab olunan David Melkadze güllənib, qısas qiyamətə qalmayıb.

badri.jpg (65 KB)

Badri Koquaşvili 

Quli ilə insidentdən sonra Şakro Molodoy və Badri Koquaşvili (Kutaisili) Qulamın müdafiəsinə qalxıblar. Şakro deyib ki, Qulama vurulan zərbəni özünə vurulmuş hesab edir. Badri isə hətta “sxodka” keçirməyə cəhd edib. Amma bir çoxları özünü Quli ilə pis etmək istəməyib.

Bu söz-söhbətin fonunda isə Quli avqustun 28-də özünə ad günü edib. 47 yaşlı azərbaycanlı “qanuni oğru”nun ad gününə isə “Vəhşi Arman”ın məclis üçün hazırlatdığı tort damğasını vurub. Tortda Orta Asiya və Cənubi Qafqaz ölkələrinin bayraqları olub. Bu isə həmin ölkələrin “qanuni oğru”larının Quliyə dəstəyi kimi izah edilib.

2_10.jpg (74 KB)

 “Vəhşi Arman”

Sentyabrın 6-da Quli “sxodka” çağırıb. “Sxodka”da iştirak edən “Vəhşi Arman” öz hərəkətini izah edib və toplantıdakıların   narazılığına səbəb olmayıb. O da yada salınıb ki, Quliyə qarşı irad bildirən “qanuni oğru”ların da cinayət kastasındakı bəzi adamlarla problemləri var. Bu səbəbdən onlar kiminsə məsələsini həll etmək səlahiyyətində deyillər.

 “Sxodka”da iştirak edən Merab Suxumski isə Şakronu hədəf alıb, onun “qanuni oğru”ları bir-birinə qarşı qoyan oyunlarından  bezdiklərini söyləyib. Merab Şakronu 2015-ci ildə Vadim İvanenkonun (Vadik Krasnodar) qətlin sifariş verməkdə ittiham edib. Bildirilib ki, Şakro bu qətli sifariş verərkən digər “zakonnik”lərin razılığını almayıb. İddiaya görə, Quli Qurana and içib ki, onun məsələsi üçün “sxodka”ya cəhd edən  Badri Koquaşvilini cəzalandıracaq.

4_4.jpg (53 KB)

Həbsdə olan Şakro isə əks-hücuma keçib. O, “sxodka”da onun əleyhinə çıxan Merab Suxumskini cəzalandırmaq istəyib. Belə ki, gözlənilmədən “qanuni oğru” Kamo Səfaryanın yadına düşüb ki, Merab Suxumskinin yaxın adamı Artyom Sərkisyan nərddə uduzduğu 1000 dolları hələ də ödəməyib. Kamo Səfəryanın keçmişi qurdalaması isə tezliklə özünə qarşı çevrilib. Ondan da hələ 80-cı illərdə həbsxanaların birində “sındırılması” epizodunu xatırladıblar. Rusiya mediası iddia edir ki, Badrini “qanuni oğru”lardan Elqudja Turkadze və Asatryan dəstəkləyib. Vaqif Bakinski və Ded Xasanın yaxın qohumu olan Miron isə bitərəf qalıb Quli ilə konfliktə girməyiblər.

Bundan sonra KİV-lərdə Quliyə qarşı kompromat savaşı başlayıb. Belə ki, indi Qulinin ən yaxın adamlarından birinə çevrilən “Vəhşi Arman”ın Qazaxıstanın xüsusi-xidmət orqanları ilə yaxınlığı haqda iddialar peyda olub. Bildirilir ki, guya Quli də “Vəhşi Arman”ın “yuxarılara” bağlılığını bilir, amma bu vəziyyət  ona sərfəli olduğu üçün susur.

2_6.jpg (58 KB)

Məsələn, iddia olunur ki, Rusiyada axtarışda olunan Quli həbsindən ehtiyat etməyərək sərbəst şəkildə Türkiyəyə və  Birləşmiş Ərəb Əmirliklərinə gedib-qayıdır.

34 yaşlı  Arman Cumagəldiyevə gəlincə, həqiqətən də yaxın keçmişə qədər kriminal aləmdə tanınmayıb, amma indi qəfildən az qala “ulduz”a çevrilib.

Xəbərlərə görə, o, vətənində 2005-ci ildən tanınmağa başlayıb. Hələ uşaq yaşlarından boksa gedən Arman “Vəhşi” ayamasını da rinqdə qazanıb.

2005-ciu ildə başına topladığı 70-80 adamla müxalifətin keçirdiyi mətbuat konfransına basqın edib, oradakıları döyüblər, Nazarbayevə qarşı çıxanları “xalq düşməni” adlandırıblar. Bu hadisədən sonra onun dəstəsinin hökumətə və ya xüsusi xidmət orqanlarına bağlılığı haqda iddialar yayılıb. Bu rezonans doğuran cinayətə görə Arman Cumagəldiyevə cəmi bir il şərti cəza verilməsi bu şübhələri artırıb. Bundan sonra isə Arman Cumagəldiyev sanki nəzarətdən çıxıb və Qazaxıstanın tanınmış oliqarxları ilə kəllə-kələ gəlib. Amma bu savaşlardan qalib olmasa da, sağ qurtulub  ki, bunu hüquq-mühafizə orqanlarının da köməyi ilə etdiyi bildirilir. İndi isə o, Türkiyədə, Qulinin klanında özünə yer etmiş kimi görünür...Bu səbəbdən Quliyə yeni hücumların olacağı istisna edilmir.  

Bu iddiaların yer aldığı compromat.group saytı yazır ki, Quli Rusiyada qüvvəyə minən “anti-oğru” qanunu ona hələ ki təhlükə yaratmır və “qanuni oğru” titulundan imtina etsin. “Arman Cumagəlıdiyev üzərindən  xüsusi xidmət orqanı ilə əlaqəsinə dair hansısa iddianı isə sübut etmək mümkünsüzdür” deyə, sayt yazır.

ORXAN,
Musavat.com             

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar