RUSİYA ERMƏNİSTANIN DƏMİR YOLLARINA MARAĞINI İTİRİR –Kreml əsas diqqətini "Böyük Avrasiya"ya verib - TƏHLİL

25-09-2019, 13:59   

Naira Ayrumyan

“Lragir”, Ermənistan, 24 sentyabr 2019-cu il

 

Rusiyanın Ermənistan dəmir yollarının istismarı ilə bağlı güzəştli müqavilədən – konsessiyadan imtina etmə ehtimalı RF-nin Ermənistan kommunikasiyalarına geopolitik marağını itirməsilə bağlı ola bilər.

Belə nəticəyə son 10-12 ildə regionda baş verən hadisələrin ardıcıllığına və Rusiyanın niyyətinə baxaraq gəlmək olar.

Hazırda regionda durum və Rusiyanın öncəlikləri 2006-cı illə müqayisədə köklü şəkildə dəyişib və mümkündür ki, Moskva artıq Ermənistan dəmir yollarına görə məsuliyyət daşımaq istəmir.

Kreml bəyan edə bilməz ki, artıq Cənubi Qafqaz kommunikasiyaları onun üçün maraqlı deyil. Ona görə də yeni erməni hökumətinə qarşı iradlar irəli sürülür. Görünür, Rusiya müqavilənin Ermənistanın deyil, özünün şərtləri əsasında pozulmasını istəyir.

Ermənistan dəmir yolları hansı şəraitdə Rusiyanın əlinə keçdi?

Dəmir yollarının konsessiyaya verilməsi niyyəti hələ 2006-cı ilin oktyabrında elan olunmuşdu. 2007-ci ildə tender elan edildi və həmin tenderdə hind Rail India Technical and Economic Services” (RITES) şirkəti ilə “Rusiya Dəmir Yolları” (RDY) iştirak etdi. Lakin hind şirkəti 2007-ci ilin dekabr ayının sonunda gözlənilmədən tenderdən çıxdığını elan etdi. Və 2008-ci ilin yanvarında məlum oldu ki, “Rusiya Dəmir Yolları” (RDY) tenderi udub. Müqavilə 13 fevral 2008-ci ildə, yəni Ermənistanda prezident seçkilərinə cəmi bir həftə qalmış imzalanıb. Bu seçki nəticəsində Robert Koçaryanı prezident postunda Serj Sarkisyan əvəzləyib.

Rusiya Ermənistan dəmir yollarına sahib olmağı, yəqin ki, ambisiyalı regional məqsədlə qərara alıb. Xatırladaq ki, 2007-ci ilin noyabr ayında rus bazalarının Gürcüstandan çıxarılması başa çatdı və Bakı-Axalkalaki-Qars dəmir yolunun layihələndirilməsi işi başladı.

İstisna edilmir ki, Gürcüstanda hərbi iştirakını itirən Rusiya o zaman Ermənistan vasitəsilə regionda təsirini bərpa etməyi və genişləndirməyi qərara alıb.

2008-ci ilin iyun ayında Serj Sarkisyan Moskvadan Türkiyə Prezidenti Abdulla Gülü İrəvana dəvət etdi və “futbol diplomatiyası”nı işə saldı. Ekspertlər bu planı baş tutmayan Ermənistanın rus-türk inkorporasiyası (lat. incorporatio — birləşdirmə, udma) cəhdi adlandırırlar. Bu proses Qars-Gümrü dəmir yolunun açılmasını da nəzərdə tuturdu. RDY-nin rəhbəri yolun Karsadək olan hissəsinin bərpa edilməsi niyyətini gizlətmirdi və bu, Rusiyaya regional kommunikasiyalara nəzarət etmək imkanı verə bilərdi.

Lakin bu baş vermədi. Serj Sarkisyanın Ermənistan-İran dəmir yolununun çəkilişi barədə olan layihəsi də həyata keçmədi. Bu layihənin iki marşurutu – biri Mehridən keçməklə, hansı ki, həddindən artıq baha başa gələrdi və heç kimi maraqlandırmazdı, ikincisi, Ermənistanla Azərbaycan arasında razılaşma əldə edildiyi təqdirdə, Naxçıvandan keçməklə, ola bilərdi.

Xatırladaq ki, həmin dövrdə Rusiya Prezidenti Dmitri Medvedev “kommunikasiyalar müqabilində ərazilər” prinsipinə söykənən Qarbağda tənzimləmə planını aktiv şəkildə dəstəkləyirdi. Ancaq bu plan da işləmədi. 2016-cı ilin Aprel müharibəsindən və Ermənistandakı 2018-ci il inqilabından sonra isə aydın oldu ki, rus planları öz aktuallığını itirb. Beləliklə, Naxçıvandan keçməklə, Ermənistan-İran dəmir yolununun çəkilməsi də ümidsiz bir layihə oldu.

2019-cu ilin yayında, Tbilisidə antirusiya etiraz aksiyalarının keçirilməsindən sonra, Rusiyanın Abxaziya dəmir yolunun açılması ilə bağlı planları da uğursuzluğa düçar oldu.

Beləliklə, Rusiya Ermənistanı Türkiyə ilə macəraya sürükləyə, İranla kommunikasiya müqabilində Qarabağın verilməsi planını irəlilədə və Ermənistandan istifadə etməklə, Gürcüstanı Abxaziya ilə sərdəddi açmağa məcbur edə bilmədi.

Rusiya hələ də Ermənistanda çoxlu aktivə sahibdir. Lakin regiona çıxış olmadan, bu aktivlər çox vaxt Rusiya üçün bir yük olur. Görünür, Kremldə hesab edirlər ki, öz üzərlərindən Ermənistan dəmir yollarının yükünü atmağın vaxtı çatıb“Regnum”un müəlliflərindən birinin yazdığı kimi, hazırda Rusiyanın başqa öncəlikləri vardır, o, indi “Böyük Avrasiyanı – III Ordanı” qurur.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.
  • {sape_links}{sape_article}