16 yaşlı fəal BMT-də dünya liderlərini məhşər ayağına çəkdi:"MƏN SİZİN ƏCLAF OLDUĞUNUZA İNANMAQDAN İMTİNA EDİRƏM”

25-09-2019, 14:03   
  

Ekoloji fəal, 16 yaşlı Qreta Tunberq bazar ertəsi BMT-nin iqlim üzrə Nyu-Yorkda keçirilən sammitində çıxış edib. Hansı ideyanı dünya liderlərinin diqqətinə çatdırmaq istədiyi haqda suala cavabdan başlayaraq, onun çıxışının tam stenoqramını sizə təqdim edirik.

 

“Mənim ideyam budur: biz sizə nəzarət edəcəyik.

Bütün bunlar anormaldır. Mən, ümumiyyətlə, burada olmamalıyam. Mənim okeanın o tayına məktəbə qayıtmağım gərəkdir. Amma yenə də hamınız bizə, gəncliyə ümid edirsiniz. Üstəlik, siz necə cürət edirsiniz?!

Siz boşboğazlıqla mənim arzularımı və uşaqlığımı əlimdən alıbsınız. Mənimsə bəxtim hələ gətirib. Adamlar əzab çəkirlər. Adamlar ölürlər. Bütöv ekosistemlər məhv olur. Biz kütləvi ölümün astanasında durmuşuq, siz isə ancaq pulları müzakirə edə və sonsuz iqtisadi yüksəliş haqda nağıllar danışa bilirsiniz. Siz buna necə cürət edirsiniz?!

Hər şey 30 ildən çox elmi baxımdan şəffafcasına aydın idi. Siz buna necə göz yuma və zəruri tədbir və qərarların alınması hələ çox uzaqda olduğu bir vaxtda mümkün hər şeyi etdiyinizdən burada necə danışa bilirsiniz?!

Siz deyirsiniz ki, bizi eşidir və başa düşürsünüz ki, vaxt heç qalmayıb. Amma mən nə qədər qəzəblənsəm də, nə qədər qanım qaralsa da, buna inanmaq istəmirəm. Axı siz doğrudan da durumun ciddiliyini anlasaydınız və yenə də iş görməməyi davam etdirsəydiniz, əclaf olardınız. Mən isə buna inanmaqdan imtina edirəm.

Ziddiyyətli fikir var ki, 10 ildən sonra tullantıları iki dəfə azaldarıq, amma o zaman istiliyin 1,5 dərəcə (Selsi) yüksəlməməyi üçün bizim yüzdən yalnız 50 şansımız olacaq və insanın nəzarət etmək iqtidarında olmadığı dönməz zəncirvari reaksiyaları işə salmaq riski olmayacaq. Ona görə də 50 % risk bizim üçün, nəticələri özündə hiss etməyi gözləyənlər üçün, sadəcə, qəbuledilməzdir.

İstiliyin kürəsəl yüksəliş səviyyəsinin 1,5 dərəcədən aşağı olmaqda dünyanın 67% şansı olmağı üçün – hələ bu (iqlim dəyişikliyi üzrə Hökumətlərarası Qrupun) ən əlveişli proqnozudur – 2018-ci ilin 1  yanvarına daha  420 qiqatondan çox atmamaq qalır. Bu rəqəm indi 350 qiqatondan daha az olub.

Siz özünüzü necə belə göstərməyə cürət edirsiniz ki, “həmişəki kimi biznes apararaq” hansısa texnolgiyaların yardımı ilə hər şeyi qaydaya salmaq olar? Qalmaqda olan CO2 limiti tullantıların müasir səviyyəsində səkkiz il yarımdan az vaxtda tükənəcək.

Bu gün burada bu rəqəmlərə əsaslanan heç bir qərar və ya plan təqdim olunmayacaq, çünki bunlar son dərəcə naqolaydır. Siz isə hələ yetərincə yetkin deyilsiniz ki, hər şeyi olduğu kimi deyəsiniz.

Siz bizi aldadırsınız. Amma gənclik anlamağa başlayır ki, siz ona xəyanət edirsiniz. Bütün gələcək nəsillər sizə baxır. Və siz bizə bilərəkdən xəyanət edirsinizsə, bax, sizə bunu deyirəm: biz sizi heç vaxt bağışlamarıq.

Biz sizə imkan vermərik ki, cəzasız olaraq belə davranasınız. Biz burada və indi cızığı çəkirik. Dünya oyanır. Və sizə xoş gəlsə də, gəlməsə də, qarşıdan dəyişikliklər gəlir.

Sağ olun.”

National Public Radio (ABŞ), 23.09.2019

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.
  • {sape_links}{sape_article}