Trampı istefaya aparacaq qalmaqallı söhbət: MƏTN AÇIQLANACAQ?

25-09-2019, 16:59   


Trampı istefaya aparacaq qalmaqallı söhbət: MƏTN AÇIQLANACAQ?

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla qalmaqallı telefon danışığı ilə bağlı sualları cavablandırıb. 

Zelenski Trampla danışığının "şəxsi və konfedensial" olduğunu deyib.

CNN müxbirinin ona ünvanlanan "Siz bu söhbətin stenoqramının yayılmasını istəyirsinizmi?" sualına cavabında "Baxarıq" deyib.

Xatırladaq ki, sözügedən telefon danışığı ABŞ-da qalmaqal yaradıb. Bəzi məlumatlara görə, Tramp bu söhbət zamanı Zelenskiyə təzyiq edərək gələcək prezident seçkisində ona rəqib olacaq Co Baydenin oğluna Ukraynada cinayət işi açılmasını istəyib. Beləliklə Trampın Zelenskiyə şəxsi məqsədləri üçün təzyiq göstərdiyi iddia olunub. Hətta o, telefon söhbətində dövlət sirlərini açmaqda da ittiham olunur. Bu isə hətta Trampın istefasına səbəb ola bilər. 

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar