Ərdoğandan şok açıqlama: Nə Rusiya, nə də İran…

26-09-2019, 14:57   



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Foks Nyus” nəşrinə müsahibə verib.
Axar.az xəbər verir ki, Ərdoğan müsahibə çərçivəsində Türkiyənin müttəfiqləri barədə də danışıb.
Nəşr Ərdoğana “Ötən həftə rus və iranlı həmkarlarınızı qonaq etdiniz. Ən yaxın müttəfiqləriniz onlardır?” sualını ünvanlayıb:
“Belə deyim, bu proses “Ankara prosesi” deyil, “Astana prosesi”dir. Astana prosesi çərçivəsində atdığımız addımlarda əvvəllər ABŞ səfir səviyyəsində iştirak edib. Soçi razılaşması ilə İdliblə bağlı ilk addımı atdıq və bunun ikincisini Ankarada, üçüncüsünü Tehranda etdik. Burada təbii ki, ölkələrlə ən yaxın münasibətdə olduğumuz və ya olmadığımızı söyləmək yanlış olar. Strateji tərəfdaşlıq baxımından nə Rusiya, nə də İran NATO ölkəsidir. Biz NATO-da ABŞ-la bərabərik. NATO daxilindəki birliyimiz yəqin ki, bir şeylərdən xəbər verir. NATO daxilindəki bu strateji əməkdaşlığımızın digər sahələrə də təsir göstərməsini istəyirik”, - Ərdoğan bildirib.
Moskvanın 2-2.5 saatlıq məsafədəki qonşu, Rusiya ilə Türkiyənin tarixən güclü bağlarının olduğundan bəhs edən Ərdoğan İranın da eyni məsafədə olduğunu, həmçinin bu ölkə ilə Qəsri-Şirin sülh müqaviləsinə əsaslanan münasibəti qeyd edib.
Qeyd edək ki, Qəsri-Şirin sülh müqaviləsi 1639-cu ildə Osmanlı və Səfəvi imperiyaları arasında, Azərbaycan dilində bağlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar