Pyotr Akopov
vzqlyad.ru, 25.09.2019
ABŞ S-400-dən imtinaya görə Türkiyəyə əvəz ödəməyə hazırdır. KİV-lər Donald Tramp və Ərdoğanın görüşü ərəfəsində Vaşinqtonun Ankaraya etdiyi təkliflər zərfini dərc edib. Bu həm F-35 proqramına qayıtmaq, həm gərəkli silahların tədarükü, həm də ticarət həcmini beş dəfə artırmaqdır. Türkiyədən çox az şey tələb olunur: Moskvadan alınmış S-400 komplekslərini fəallaşdırmamaq. Sual – Ankara bu təklifi qəbul edərmi?
Rəcəb Tayib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasında olunca Amerikanın ikitərəfli münasibətləri yaxşılaşdırmaq üzrə hazırlanan təklifini Türkiyənin özündə fəal müzakirə edirlər.
“Haberturk” qəzetinin yazdığı kimi, guya ABŞ-ın Türkiyə səfiri Devid Satterfild Amerikanın F-35 qırıcılarının alqısı üzrə Ankaraya yeni təklif verib. Guya səfir bunu hələ ötən cümə günü bildirib və indi onun təklifinin artıq yazılı halda göndərilməyini gözləmək gərəkdir. Satterfild habelə Türkiyəyə “Patriot” RQM sistemi satmaq, polad və aliminiuma tarifləri azaltmaq, bundan başqa isə ikitərəfli ticarəti 19 milyard dollardan 100 milyard dollara qaldırmağa yol verən yeni iqtisadi saziş bağlamağı təklif edib. Təbii, ABŞ bu halda Rusiya S-400-lərinin alqısına görə Türkiyəyə qarşı hədə gəldiyi sanksiyaları da qoymayacaq.
Bazar ertəsi Türkiyəni “təkcə Suriyadan söz düşəndə deyil, doğrudan da bütün bölgə üçün olduqca önəmli müttəfiq” adlandıran nüfuzlu respublikaçı senator Lindsi Qrem də şayiələri qızışdırıb: “Mən ümid edirəm ki, biz Türkiyə ilə daha strateji münasibətlər qura, onu F-35 proqramına qaytarmağa çalışa, ola bilsin, azad ticarət proqramı haqda danışa bilərik”.
Hətta qəribədir ki, bu “bayram dəsti”ndə amerikalıların hələ Suriyada kürdlərə dəstəkdən tam imtinası və Amerika qoşunlarının ərəb respublikasından çıxarılması xatırladılmır.
Guya Ankaraya belə bir xoşbəxtlik ona görə təklif edilir ki, o, sadəcə, fəallaşmadan, yəni S-400-lərdən istifadədən imtina edər.
Hələlik ancaq Türkiyənin bazarları reaksiya verib – lirə möhkəmlənib və birjalarda qiymət təyini sıçrayıb. Niyəsi aydındır: Amerika sanksiyaları hədəsi biznesi əsəbiləşdirirdi və onun olmayacağı haqda şayiələr ona ruhlandırıcı təsir göstərib. Amma bazarlar bağışlanasıdır, onlar belə olmayanlara da qıcıq verir. Lakin bundan mümkün sazişin fantastikliyi azalmır.
Bizim həqiqətin yalanla səliqəli çulğaşdığı tipik informasiya tullantısı ilə işimiz var.
Doğrudan da, amerikalılar Türkiyəyə qarşı sanksiyalar qoymayacaqlar, çünki bu, onsuz da gərgin münasibətlərin bundan sonra da pisləşməsinə aparar və Ankara və Moskvanı daha da yaxınlaşdırar. Yəni ABŞ Ərdoğanla qarşılqılı anlaşmanın qalıqlarını saxlamaq istəyirsə, bu sanksiyalar onun özünə də gərək deyil.
Amerikalılar S-400-lərin alqısına görə tədarük və istehsalından Türkiyəni ayırmaq hədəsi gəldikləri F-35 təyyarələrini Türkiyəyə satmağı çox istəyirlər. Eynilə beləcə “Patriot”ları türklərə satmaq istəyirlər – bunun yerinə də bizim S-400-lər alınıb. Məsələ yalnız bundadır ki, Rusiya ilə hərbi işbirliiynə görə Türkiyənin cəzalandırılacağını amerikalıların özləri bildirmişdilərsə, bu necə ediləcək.
Türkiyənin özü Amerikanın nə təyyarələrindən, nə də RQM sistemindən imtina etməyib. Ərdoğan onları indi də almağa hazırdır. Amma amerikalılar bunun üçün boyunlarına almalıdırlar ki, Türkiyəyə basqı siyasəti işləməyib (eyni zamanda “Patriot”a görə yaxşı güzəşt etməlidirlər). Hər şeyə əsasən, əslində, Ştatlar öz məğlubiyyətini boynuna alaraq buna getməyə hazırdır. Əslində, səfir Satterfildin təkliflərinin məğzi buna keçir: sanksiyalar da olmayacaq, F-35 də satırıq və “Patriot” haqqında da uzlaşarıq.
Lakin ən maraqlısı bundan sonra başlanır – Türkiyə bunun əvəzində nə ödəməlidir. Türkiyə KİV-lərinin yazdığı kimi, amerikalılar Ərdoğanın, doğrudan da, S-400-lərdən imtina edəcəyinə inanırlarsa, onun 16 illik idarəçiliyindən belə də heç nə başa düşməyiblər. Əvvəlcə S-400-ləri almamağı tələb edərək bir neçə il Ərdoğana uğursuz şəkildə təzyiq etmək, sonra artıq imzalanmış sazişdən imtina etmək. İndi isə Rusiya kompleksləri artıq Türkiyəyə tədarük ediləndə Türkiyə prezidentinin onları, sadə, donduracağına ümid etmək? Yəni onları işlətməkdən imtina edərək özünü Türkiyə xalqına da, Vladimir Putinə də hərdəmxəyal adam kimi göstərəcək?
Ərdoğanın özünü belə aparacağını təsəvvür etmək çətindir. Və əsla yalnız ona görə deyil ki, bu onun Rusiya prezidentinin gözündəki nüfuzuna təsir edər. S-400-ün alqısı həm də Türkiyənin suverenliyinin nümayişi aktı idi. Dünya dövləti kimi Türkiyənin müstəqilliyinin möhkəmlənməsidir: bəli, biz NATO-dayıq, amma xarici siyasətimizi özümüz müəyyən edir və təhlükəsizliyimizi təmin edirik. Və bütün bunlardan sonra S-400-ləri fəallaşdırmaqdan imtina etmək?
Əlbəttə, Ərdoğanın Amerika ilə yaxınlaşmağa görə belə bir bədəl ödəməyəcəyinə Donald Trampın inanmadığı bildirmir ki, Vaşinqtonun ayrı-ayrı məmurları belə bir imkanı mümkün hesab etmirlər. Amerika elitasında çoxları əmindirlər ki, hər şeyi satın almaq olar, məsələ təkcə qiymətdədir. Amma burada qiymət Türkiyənin Ərdoğan tərəfindən satılmayan suverenliyidir.
Belə ki, amerikalıların öz təkliflərinə (əgər məsələ bunu rəsmən sənədləşdirməyə qədər gedib çıxarsa) görə ala biləcəkləri gerçək qiymət, əslində, onlara gərək olandır – çox güclü şəkildə korlanmış Amerika-Türkiyə əlaqələrini yoluna qoymaq. Vaşinqton təyyarə, HHM sistemləri satmaq və sanksiyalar hədəsindən imtina etməklə Ankaranın inamını qaytarmasa da, heç olmasa, onun narazılığını yox edəcək. Əlbəttə, Ərdoğanın həm çevriliş cəhdi, həm Güləni verməmək, həm də kürdlərə görə ABŞ-a qarşı iddiaları qalacaq. Amma bunların kəskinliyi və sərtliyi azalacaq.
Əsas müsəlman ölkələrindən biri və NATO üzrə müttəfiqlə münasibətlərin bərpası ABŞ-ın özünə çox lazımdır. Ancaq, bax, bunu Rusiya-Türkiyə münasibətlərinin zəiflədilməsi bahasına etmək alınmaz. Türkiyə Amerikanın hərbi texnikasını alacaq və eyni zamanda Rusiya ilə energetikadan geopolitikaya qədər çoxsaylı birgə layihələri inkişaf etdirəcək.
Amerikalıların alternativləri onsuz da yoxdur. Daha doğrusu var, amma bu onları tam qane etmir – bu, Türkiyəni həm də Amerika silahının alıcısı kimi itirməkdir. Ərdoğan keçən ay Su-57-i diqqətlə nəzərdən keçirib.
Tərcümə Strateq.az-ındır.