Səudiyyə Ərəbistanı şahzadəsi Salman jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı ilk dəfə açıqlama verib.
O, açıqlamasında "Bu hadisə mənim məsuliyyətim altında olub, bütün məsuliyyət mənimdir",- deyib.
Cebhe.info xəbər verir ki, vəliəhd Məhəmməd bin Salmanın ölkəsinin İstanbudakı konsulluğunda "kilsotada" əridilərək yandırıldığı bildirilən və cəsədi hələ tapılmayan jurnalistin öldürülməsi ilə bağlı bu açıqlaması bir anda dünya mətbuatınn gündəminə oturub.
Amerikanın PBS kanalına müsahibəsində şahzadə beləliklə cinayətlə bağlı ilk dəfə danışmış olub.
Müsahibənin tam mətni hələlik yayınlanmayıb. Ancaq yayınlanan fraqmanlarda şahzadənin hadisə ilə bağlı bütün məsuliyyəti üzərinə götürdüyü görünür.
"Sizin məlumatınız olmadan belə bir hadisə necə ola bilər?" sualına şahzadə "Ölkəmdə 20 milyon insan yaşayır, 3 milyon dövlət qulluqçusu var",- deyib.
Ardınca Salmana “Onlardan hansısa biri sizin təyyarənizi ala bilərmi?" sualı verilib. Bin Salman suala cavabında "İşlərimi aparan məsul işçilər, nazirlər var. Bu, onların məsuliyyətidir. Onların bunu etməyə səlahiyyəti var", -deyib.
Xatırladaq ki, Camal Qaşıqçı 2018-ci il 2 oktyabrda öldürülüb. O, kral ailəsinin tənqidçisi kimi tanınırdı.
Xəzər
Cebhe.info