Fransa XİN Bakını Əfqan Muxtarlının hüquqlarına hörmət etməyə çağırıb

28-09-2019, 10:06   
 

Fransa XİN nümayəndəsi sentyabrın 26-da Parisdə keçirilən ənənəvi brifinqdə rəsmi Parisi Azərbaycanda jurnalist Əfqan Muxtarlının təqibi faktına münasibət bildirməyə çağıran "Sərhədsiz Reportyorlar" təşkilatının müraciətini şərh edib.
"Fransa bütün dünyada mətbuat və fikri ifadə azadlığına sadiqdir. Sentyabrın 16-da ATƏT-in Varşavada keçirilən konfransında Avropa İttifaqının bəyanatında qeyd edildiyi kimi, Fransa və onun Avropadakı tərəfdaşları jurnalist Əfqan Muxtarlının işini diqqətlə izləyir.
Fransa Azərbaycan hakimiyyətini Muxtarlının hüquqlarına hörmət etməyə çağırır", deyə XİN nümayəndəsi bildirib. -0-
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.