Ukraynanın keçmiş baş prokuroru ölkədən qaçdı - ingilis dilini öyrənmək bəhanəsi ilə

30-09-2019, 15:19   


Ukraynanın keçmiş baş prokurori Yuri Lutsenko əşyalarını toplayaraq Böyük Britaniyaya gedib.

Musavat.com “UNİAN” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin üvü Sergey Leşşenko məlumat yayıb.

Millət vəkilinin sözlərinə görə, Yuri Lutsenko “ingilis dilini öyrənmək üçün ada dövlətinə yola düşdüyünü deyib”.
Lakin Sergey Leşşenkonun fikrincə, keçmiş baş prokuror dil məsələsini sadəcə bəhanə edir.

“Lutsenko Britaniyaya əkildi... Özü də ABŞ-la yaranan böhraın ən qızğın çağında”, - deyə Leşşenko yazıb.

Ukraynalı siyasətçi Donald Trampla Vladimir Zelenski arasında telefon söhbətinə görə yaranan böhranın əslində Yuri Lutsenkodan qaynaqlandığını deyib. O, keçmiş baş prokurorun D.Trampın vəkili Rudolf Culiani əleyhinə dezinformasiya yaydığını deyib.

Qeyd olunur ki, deputat Yuri Lutsenkonun qaçması barədə informasiyanı “NBC” kanalının jurnlaisti Riçard Engeldən aldığını söyləyib.

R. Engel bu günlərdə sabiq prokurorla görüşdüyünü , onun Londona getmək niyyətini öyrəndiyini və hətta bu qədər həngaməni qoparan adamın davranışından şoka düşdüyünü deyib.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.