İŞDƏN ÇIXARILAN İCRA BAŞÇISI SABİQ NAZİRİN DAYISIDIR – “70 yaşım var, eybi yox…” (Yenilənib)

30-09-2019, 20:12   

 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ənvər Qasım oğlu Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Ənvər Seyidəliyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısıdır. 
Ə. Seyidəliyev redaktor.az-a açıqlama açıqlamasında işdən çıxarılması qərarına çox müsbət yanaşdığını deyib:“Allah prezidentimizin canını sağ eləsin. Bundan sonra məqsədim ancaq dövləti və dövlətçiliyi qorumaq, Prezidentin arxasınca getmək, onun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək olacaq. Mənim 70 yaşım var. İş olsa, işləyəcəm, olmasa da, eybi yox. Ancaq qəlbən cənab prezidentə dəstək nümayiş etdirəcəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.