20 gün dəfn olunmayan keçmiş prezident: Tabutu son anda dəyişdirildi, müəmma çözüldü- FOTOLAR

30-09-2019, 20:13   


20 gün dəfn olunmayan keçmiş prezident: Tabutu son anda dəyişdirildi, müəmma çözüldü- FOTOLAR

Zimbabvenin sabiq prezidenti Robert Muqabenin dəfni maraqlı məqamlara şahidlik edib.

Belə ki, cəsədin oğurlanacağından və parçalara ayrılacağından narahatlıq keçirən ailə polad tabut sifariş edib. Beləliklə, 20 gün davam edən müəmmaya son qoyulub. 

Bütün bu müddət ərzində ailəsi də dövlət arasında mübahisələr olub. Nəhayət, tərəflər tabutun poladdan olmasına dair razılığa gəlib. Ötən həftənin sonunda Muqabe dəfn olunub. Ailənin istəyinə uyğun olaraq Muqabe dünyaya gəldiyi Zvimba kəndində, ikinci həyat yoldaşının yanında xüsusi mərasimlə dəfn edilib. 

6 sentyabrda Sinqapurda vəfat edən Muqabenin cəsədinin olduğu tabut paytaxtda təhlükəsizlik tədbirləri məqsədi ilə dəyişdirilib. 

Muqabe ailəsinin üzvü Leo Muqabe bildirib ki, insanlar sabiq prezidentin cəsədindən müəyyən hissələri götürmək istəyiblər: "Buna imkan verilməməsi üçün tabut dəyişdirilib". Dəfn zamanı isə polad tabutun üzərinə beton tökülüb.

Xatırladaq ki, Muqabe ölkəsinə 37 il rəhbərlik edib. 2017-ci ildə 93 yaşında etirazlar nəticəsində istefaya gedib.
Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.