Rayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? – ATASI ÜZR İSTƏDİ…

1-10-2019, 13:38   

Xəbər verildiyi kimi ötən gün Rusiyanın Krasnodar vilayətində, Belaya Qlina kəndindəki kafelərdən birinin qarşısında “Kalaşnikov” avtomatından havaya atəş açan iki nəfərin görüntüsü yayılıb. Daha sonra onlardan birinin Beloqlinsk rayonunun bələdiyyə başçısı Aleksandr Koklinin eyni adlı oğlu olduğu məlum olub. Maraqlıdır ki, o, “Kalaşnikov”dan atəş açarkən “Qarabağda belə atırlar” deyib. Videoçəkiliş aparan şəxs isə kadr arxasından “bəlkə sizə qumbaraatan verək?” deyib.

Anaxeber.info Virtualaz.org-a istinadən xəbər verir ki, video sosial şəbəkələrdə yayılandan sonra atəş açanlar, o cümlədən rayon başçısının oğlu könüllü polisə gedərək silahı təhvil veriblər. Onların barəsində araşdırma aparılır.

Ata Aleksandr Koklin insidenti şərh edərək deyib ki, oğlunun hərəkətinə çox mənfi yanaşır. Lakin insident yaşayış məntəqəsindən kənarda olub, heç kimdən şikayət daxil olmayıb. “Əgər o kimisə narahat edibsə üzr istəyirəm. Bu avtomat odlu silah deyil, onu Krasnodarın bir çox mağazalarından almaq olar, boş patronlarla atır. Sadəcə olaraq belə alınıb, mən ata kimi onu tənbeh eləmişəm”,-o bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.