MALİYYƏ BÖHRANI KEÇİRƏN HƏRİRİDƏN MİSİLSİZ SƏXAVƏT? –Livan baş naziri afrikalı modelə 16 milyon dollar bağışlayıb

1-10-2019, 15:24   

Ben Hubbard

New York Times”, 30.09.2019

 

Cənubi Afrika (CAR) məhkəməsinin sənədlərinə görə, Livanın baş naziri Seyşel adalarındakı lüks bir kurortda görüşdükdən sonra romantik bir əlaqədə olduqlarını söyləyən CAR-lı modelə 16 milyon dollardan çox pul verib.

Baş nazir Səad Həriri 2013-cü ildən başlayaraq ona pul göndərəndə vəzifədə deyildi və köçürmə ilə heç bir Livan və ya Cənubi Afrika qanunlarını pozduğu görünmür.

Ancaq bu il Cənubi Afrika məhkəməsində hallanan gənc modelə ekstravaqant hədiyyələr verilməsi məsələsi Livandakı ən tanınmış sünni-müsəlman siyasətçi və Amerika müttəfiqi üçün çətin bir dövrə ortaya çıxıb.

Onun işgüzar və siyasi imperiyası ağır günlərə keçirir. Ailənin inşaat konqlomeratı olan “Saudi Oger” 2017-ci ildə fəaliyyətini dayandırıb və KİV-ləri isə maaş verməkdə çətinlik çəkir.

Livanda yaşanan maliyyə böhranı hökumət əleyhinə etiraz aksiyaları doğurub. Bu ay cənab Həriri Livan hökumətinin “fövqəladə iqtisadi vəziyyət” elan edəcəyini və sərtləşdirmə tədbirləri tətbiq edəcəyini söyləyib.

Cənab Həriri model Kandis van der Merve ilə münasibətləri və ya ona verilmiş hədiyyələr barədə media komandasına göndərilən suallara cavab verməyib.

Hədiyyələrin Livanın hazırkı iqtisadi bəlaları ilə heç bir bağlılığı yoxdur və evli, üç övlad atası olan Həriri bu cür ödənişləri etmək üçün kifayət qədər varlıdır. “Forbes” jurnalı 2013-cü ildə onun varidatını 1.9 milyard dollar olaraq qiymətləndirib. Bu, baş nazir vəzifəsini icra edən atası Rafiq Həririnin 2005-ci ildə Beyrutda öldürüldükdən sonra oğul-Həririyə miras qalıb.

O vaxtdan bəri gənc Həriri Livanın ən tanınmış siyasi xadimlərindən biridir. Paris, Vaşinqton və Ər-Riyada tez-tez dövlət səfərləri edir və Qərbyönümlü siyasəti dəstəkləyir, ancaq “Hizbullah” – İranın dəstəklədiyi Livan militant qrupu və siyasi partiyaların daxil olduğu koalisiyalı hökumətə rəhbərlik edir.

Xanım van der Mervenin hesabına bank köçürmələri onun 2 baş nazirlik aralığında aparılıb, ancaq həmin dövrdə o, “Gələcək Hərəkatı”nın rəhbəri idi. 2013-cü ildə ilk köçürmə zamanı 43 yaşında olan Həriri daha sonra tikinti və digər sahələrdə ailə müəssisələrini idarə edir, gah Fransa, gah da Səudiyyə Ərəbistanında yaşayır.

Xanım van der Merve 20 yaşında olub. Enerji içkisi reklamlarında və üzgüçülük təqvimlərində görünüb, lakin illik gəlirinin 5400 dolları keçmədiyini bildirib.

2011-ci ildə bir çimərlik təqviminin dərc edilməsi ilə birlikdə maraqlarının atası ilə birlikdə helikopter uçuşları, Selin Dionu dinləmək və s.-dir.

2013-cü ilin may ayında Livan bankından 15.299.965 dollar köçürmə sayəsində xanım Mervenin aktivləri qəflətən yüksəlib.

2015-ci ildə bir Cənubi Afrika hakimi yazıb: “Xanımın bəxti qəfildən açılıb”.

Böyük məbləğ Cənubi Afrikanın maliyyə və vergi orqanlarında şübhə doğurmadığı təqdirdə, köçürmə gizli qalacaqdı.

Xanım van der Merve pulun hədiyyə olduğunu və Cənubi Afrika qanunlarına görə, verginin tutulmamasına israr edib. Sonrakı məhkəmə işlərində o, pulun ona şərt olmadan verildiyini iddia edib və xeyirxahının Həriri olduğunu bildirib.

“Səni sevirəm, Səadım:)”, – xanım van der Merve Həririnin e-poçtuna belə yazıb. O, bank hesabını və pulu əmlak almaq üçün istədiyini qeyd edib.

“New York Times” xanım van der Merve ilə görüşə bilməyib, lakin əvvəlki vəkillərindən ikisi, hazırkı vəkili və vergi məhkəməsində onu təmsil edən atası şərh verməkdən imtina ediblər.

Məhkəmə sənədlərinə əsasən, xanım van der Merve 19 yaşında Seyşel adalarındakı “Dünyanın ən varlı özəl şəxsləri tərəfindən tez-tez ziyarət edilən “The Plantation Club” adlanan eksklüziv bir kurorta getmək üçün işə qəbul edildiyini söyləyib.

Modellərin pasportları əllərindən alınıb və foto çəkmək qadağan edilib.

Xanım van der Merve 2012-ci ildə kurortda dörd gün keçirdiyini və “sağlam həyat tərzi” və digər keyfiyyətlərinə görə çox sayda adamla tanış ola bildiyini bildirib. “Çox maraqlı bir şəxsiyyətim olduğunu da söylədilər”.

2013-cü ilin mart ayında etdiyi bir səyahət əsnasında, dostlarına “arzuladığı maşın”ın “Audi R8” olduğunu söyləyib. Evə qayıtdıqdan sonra avtomobil qəzası keçirib. Bundan sonra yeni “Audi R8 Spyder”, “Land Rover Evoque” də daxil olmaqla, beynəlxalq rouminqli iki yeni telefon alıb.

İki avtomobilin dəyəri 250.000 dollardan çox olub. Hüquqşünasları pulu göndərənin “çox varlı Yaxın Şərq bəylərindən biri”nin hədiyyəsi olduğunu qeyd edib.

Van der Merve Keyptaun şəhərinin lüks Fresna məhəlləsindəki açıq hovuz və okean mənzərələri ilə bir ev də daxil olmaqla, dəyəri 10 milyon dollardan çox olan əmlak alıb. O, atasının iştirak etdiyi bir daşınmaz əmlak şirkətinə 2,7 milyon dollar borc verib və başqa əməliyyatlara 537 min dollar xərcləyib.

Həriri, məhkəmə sənədlərinə görə, xanım van der Merveə yaşayış xərclərini ödəmək üçün əlavə 1 milyon dollar göndərib.

Vergi orqanları ilə yazışmalarda xanım van der Merve’nin vəkilləri “təsadüfi münasibətləri” olan birinin “gənc qıza bu qədər böyük hədiyyə verildiyinə” inanmağın çətin olduğunu etiraf edib. Lakin xanım van der Merve təkid edib ki, pul və avtomobillər heç bir şərt olmadan şəxsi istifadəsi üçün bağışlanıb.

Keçən il vergi orqanları ilə bağlı şikayət məhkəmədə rədd olunub. Yanvar ayında o, vergi orqanlarından ziyana görə 65 milyon dollar tələb edib. Bunun sayəsində Həririnin adı ortaya çıxıb.

Xanım məhkəmə işləri ilə əlaqədar ictimai nüfuzuna zərər verildiyini və cənab Həriri ilə əlaqəsini kəsdiyini söyləyir. “İddiaçının cənab Həriri ilə əlaqəsinə xitam verilib. Bu da maddi mənfəətin itirilməsi ilə nəticələnib”.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.