Keçmiş nazir "Lombard Məlahət"i məhkəməyə verdi - "Torpaqlarımı boşalt..." FOTO

2-10-2019, 13:42   


Keçmiş nazir

Keçmiş nazir mülkiyyətində olan torpaq sahəsinin boşaldılması barədə məhkəmədə iddia qaldırıb. Criminal.az saytının məlumatına görə, keçmiş əmək və əhalinin sosial müdafiə naziri Fizuli Ələkbərov iddiasında Bakı şəhər Səbail rayonunun ərazisində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb edir.
İddia üzrə cavabdehlər "Məlahət" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtinin Bakı Ərazi İdarəsidir.  

Fizuli Ələkbərov 
Tələb torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bakı şəhər Səbail rayon Məhkəməsində iddia hakim Mədinə Bağırovanın icraatına verilib.
İddiaçının ərizəsinə əsasən iddianın təmin etmə tədbiri tətbiq edilib və torpaq sahəsindən cavabdehin istismarı qabağan edilib. Cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verib.
Bakı Apellyasiya Məhkəməsində qərardaddan verilən şikayətə hakim Fuad Babayevin sədrliyi ilə 18 iyun 2019-cu il tarixində baxılıb və qüvvədə qalıb. Hazırda  Səbail rayon Məhkəməsində işə baxılır. 

Məlahət Qurbanova 
Məhkəmə mübahisəsi ilə bağlı cavabdeh M.Qurbanova ilə əlaqə saxlayıb münasibət öyrənmək mümkün olmadı. Onun müavini Osman Hacıyev isə Criminal.az saytına bildridi ki, sözügedən məhkəmə iddiasının detallarından xəbərsizdir.  
Cavabdeh şirkətin rəhbəri Məlahət Qurbanova 1987-ci ildən etibarən 1 saylı Lombarda rəhbərlik edir və "Lombard Məlahət" kimi tanınır. O, "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, iş adamıdır. 
Mandatını girov qoyub borc götürən deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun da "Lombard Məlahət”ə külli miqdarda borcu var. 



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.