Elşad Hacıyevin başına 10 min qoyan kimdir? – FOTO

2-10-2019, 13:48   

Sosial şəbəkə hesabından Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyevi ölümlə təhdid edən, onu qətlə yetirənə 10 000 manat verəcəyini vəd edən “Evez Vahidovic” adlı şəbəkə istifadəçisinin digər bütün paylaşımları də marağa səbəb olub.

Ölüm, təhdid, şantaj, şərləmək kimi işlərlə məşğul olan sözügedən səhifə istifadəçisinin dost siyahısında da Gəncə hadisələrinin səbəbkarı, şəhərin sabiq icra başçısı Elmar Vəliyevi güllələyən “Yunis Səfərov” niki də var.

Şəxsin paylaşımlarına yazdığı statuslardan, yazı formasından bilmək olur ki, aşağı təhsillidir və bisavaddır, adi yazı qaydasını bilmir.

E.Hacıyevi ölümlə təhdid edən şəxs Rusiyanın Nijni Novgorod şəhərində yaşadığını qeyd edib. Profil fotosu əvəzinə 99 EB 660 dövlət nömrə nişanlı BMV markalı avtomobilin fotosunu qoyan istifadəçi avtomobilin ona aid olduğunu qeyd edib. Hətta paylaşımlarının birində 99 EB 660 nömrəli “BMV” ilə yanaşı 90 DA 924 nömrəli “Nissan” avtomobilinin fotolarını paylaşaraq, avtomobillərini, cərimə edilməsinə baxmayaraq, hələ də rahatlıqla idarə etdiyini bildirib. Əlavə edib ki, qayda pozsa da, avtomobili cərimə meydançasına aparılmır.

O, paylaşımının birində isə özünü Ruslan Atakişiyev kimi təqdim edib:

Sitat: “Salam, mən Ruslan Atakişiyev öz dərs kurstlarıma və elmi işlərimə dəvət edirəm. Çünki özüm FETÖ terror təşkilatının üzvüyəm Azərbaycanda. Hələ hökumətin vergisini də vermirəm. Kiməsə hədə-qorxu gəlmək, şantaj etmək lazımdırsa, öyrədirəm. Mən Allahdan başqa heç kəsdən qorxmuram”.

Paylaşımın sonunda kimə məxsus olduğu məlum olmayan bir neçə mobil və şəhər telefon nömrəsi də qeyd edib.

30 sentyabr 2018-ci ildə edilən paylaşımlarda isə şəxs özünün Azərbaycanda “bir nömrəli terrorçu” olduğunu bildirib.

2018-ci ildə etdiyi paylaşımlardan birində isə dayanacaqda dayanan insanları hədəfə alıb.

Sitat: “Dayanacaqda dayananları partladın, öldürün. Çünki Orduxan yayıb ki, hər partladılan bombaya 100 000 min özüm verəcəm”.

Profil istifadəçisinin paylaşımları bu səpkidə olan anormallıqlarla kifayətlənmir. O, bir çox paylaşımında qarşısına çıxan tanımadığı xanımların arxadan şəkillərini çəkərək paylaşıb və onlar haqqında da təhqiramiz sözlər yazıb.

Onun bu və bu kimi bütün paylaşımlarına dost siyahısında olanlar arasında qarşı çıxanlar da olur. Lakin profil istifadəçisi ona qarşı çıxanları pis söyüşlərlə təhqir edib.

Başqa sözlə, “Evez Vahidoviç”in (və ya “Ruslan Atakişiyev”) psixi pozuntusu olduğu ehtimalı çox güclüdür.

Təhdidlə bağlı BŞBPİ-nin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev danışmaq istəməyib. Axar.az-a açıqlamasında polis mayoru təhdidi “cəfəngiyyat” adlandırmaqla kifayətlənib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.