Qaşıqçının qətli olayının əks-sədası davam edir - “Boğuq səslər, təlaşlı suallar, mişar səsi”

2-10-2019, 15:36   


Səudiyyəli jurnalist Camal Qaşıqçının sirli olayı və onun ətrafında cərəyan edən hadisələr dünyanın gündəmində qalmaqda davam edir.

Məlum olduğu kimi, jurnalist sonuncu dəfə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girib və orada öldürülüb.
Konsulluq Türkiyə kəşfiyyatı tərəfindən dinlənirdi. Beləliklə, cinayətin planlaşdırılması və icra mərhələləri qeydə alınıb. Səs yazılarını çox az adam dinləyib. Onlardan ikisi BBC-nin “Panorama” proqramına danışıb. Danışa şəxslərdən biri ingilis hüquqşünas baronessa Helena Kennedidir. Hüquqşünas qeyd edib:

“Bir insanın səsini dinləməyin dəhşəti, həmin insanın səsindəki qorxu, yaşanan olayı dinləmə... Bunların hamısı insanı ürpədir”.

Kennedi olayda iştirak edən şəxslər arasında baş verən söhbətlərdən də detallı danışıb:

“Güldüklərini duya bilirsiniz. Bu, qan donduran bir işdir. Həmin şəxsin içəri girəcəyini, öldürüləcəyini və hissələrə ayıracağını bilərək orada gözləyirlər”.

Qeyd edək ki, Kennedi cinayəti araşdıran BMT məhkəmədən kənar edam işləri üzrə xüsusi məruzəçisi Agnes Kallamardın rəhbərlik etdiyi təşkilata qoşulmağa dəvət edilib. Agnes Kallamard ərəb tərcüməçiləri ilə birlikdə özünün və Kennedinin həmin səs yazılarını dinləməsi üçün Türkiyə kəşfiyyatından icazə alması iki həftə çəkib. Sonda 45 dəqiqəlik səs yazılarını dinləmək mümkün olub.

Məlum olduğu kimi, Qaşıqçı ölümündən əvvəl bir neçə həftəni Orta Şərqin rejim əleyhdarlarının sığındığı İstanbulda keçirib. 59 yaşlı Qaşıqçı 4 uşaq atası idi və yenilikcə Hatice Cengiz ilə nişanlı idi. Onlar bu kosmopolit şəhərdə həyatlarını yenidən quracaqlarına ümid edirdilər. Lakin Qaşıqçı yenidən evlənmək üçün boşanmalı idi. Cütlük 28 sentyabrda bələdiyyəyə müraciət edirlər, lakin onlara bildirilir ki, evlənmək üçün Səudiyyə konsulluğundan müəyyən sənədlər alınmalıdır.

Qeyd edək ki, Qaşıqçı son illərdə Səudiyyə Ərəbistanı rejimini dərindən araşdırmağa başlayıb. Təzyiqlərlə üzləşən jurnalist 2017-ci ildə könüllü şəkildə Amerikaya köçüb. Həmin zamanlar keçmiş xanımı onu boşanmağa məcbur edib.

Beləliklə, Qaşıqçı Amerikada “Vaşinqton Post” qəzeti üçün yazılar dərc edir. Ölümündən bir qədər öncə o, 20 sərt məqalə yazıb. Hətta onun amerikalı dostu, “Vaşinqton Post” qəzetinin müxbiri David İgnatius bu barədə qeyd etmişdi: “Səudiyyə Əərbistanında çalışarkən qırımızı cizgiləri keçdi. Camalda bir şeyi gördüm, ağlından keçənləri deyərək, başını dərdə salır”.
Camal Qaşıqçı konsulluğa ilk dəfə girərkən, nişanlısı Hatice bayırda gözləməli olub. Onun sözlərinə görə, Qaşıqçı konsullqudan gülümsəyərək çıxıb və konsul əməkdaşlarının onu görüncə təəccübləndiklərini, çay və qəhvəyə qonaq etdiklərini deyib: “Qorxulucaq heç bir şey yoxdur”.

Картинки по запросу qaşıqçı cinayəti

Konsulluqda Qaşıqçıya bir neçə gün sonra yenidən gəlməsini deyiblər. O, konsullqudan getdikdən sonra ər-Riyad ilə əlaqə saxlanılıb. Bütün danışıqlar Türkiyə kəşfiyyatı tərəfindən yazılıb.

Qaşıqçının yenidən konsulluğa gəlməsinə qədər ər-Riyad ilə 4 dəfə telefon əlaqəsi saxlanılıb və Qaşıqçının hansı gün gələcəyi barədə məlumat verilib.

Bu barədə danışan Kennedi deyib: “Səs yazılarında həkim hissələri necə və nə zaman ayıracağı barədə danışır. Onların güldüklərini hiss edirsiz. Həkim deyir: “Adətən əməliyyat edərkən musiqi dinləyirəm. Bəzən əlimdə qəhvə və siqar da olur... Həyatımda ilk dəfə hissələri yerdə ayırmaq məcburiyyətində qalacam. Qəssab belə olsan, kəsə bilmək üçün heyvanı asmalısan”.

Kennedi deyib: “Qaşıqçının nə zaman gələcəyi barədə danışırılar və “Qurbanlıq qoyun gəldimi?” deyə soruşurlar. Onun haqqında bu cür danışırdılar”.

Картинки по запросу qaşıqçı cinayəti

Kamera görüntülərinə görə, Qaşıqçı saat 13:15-də konsulluğa girib. Hatice Cengiz həmin vaxtı belə xatırlayır: “Oraya əl-ələ tutaraq getdiyimizi xatırlayıram. Konsulluğun önünə çatanda Camal mənə “Görüşərik, sevgilim, məni burada gözlə” dedi və telefonunu mənə verdi”.

Səs yazılarından məlum olur ki, hətta Qaşıqçının oğluna “hər şey yaxşıdır” mesajı göndərmək istəyi də rədd edilib.

Kennedi deyib: “Səs yazılarını dinləyərkən insan zalımlığını hiss edə bilirsiniz. Qaşıqçı hələ də onu nə gözləyəcəyini bilmir. Sanır ki, onu qaçıracaqlar. Hətta mənə iynə vuracaqsınız?” deyə sual verir. Cavabında isə “bəli” deyilir. Qaşıqçı iki dəfə qaçırılıb-qaçırılmağayacağını soruşur. Daha sonra isə boğuq səslər gəlir. Bəlkə də başına torba keçirilib, bəlkə də əllə boğulur, bunu ayırd etmək olmur. Bundan sonra bir səsin ”Burax, kəsin” dediyini eşidirsən. Daha sonra başqa birisi “Bitdi” deyir. Başqası isə “Onu çıxar, başına bunu tax, bağla” deyir. Sanıram, başını gövdəsindən ayırıblar”.

Kennedi olayı dinləyərkən hər hansı bir əməliyyat alətinin səsinin gəlmədiyini, yalnız bir uğultu eşitdiyini deyir. Ekspertlərin fikrincə, bu elektriklə işləyən mişar alətinin səsi olub.

Qeyd edək ki, Qaşıqçının bu günə qədər hələ də cəsədi tapılmayıb.

Xalidə,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.