Trampdan SON DƏQİQƏ Suriya açıqlaması! - “Biz YPG/PKK-ya çoxlu pul və silah-sursat vermişik və onlar neçə illərdir ki, Türkiyəyə qarşı döyüşürlər”

7-10-2019, 19:28   



Trampdan SON DƏQİQƏ Suriya açıqlaması! - “Biz YPG/PKK-ya çoxlu pul və silah-sursat vermişik və onlar neçə illərdir ki, Türkiyəyə qarşı döyüşürlər”




Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Tvitter” sosial şəbəkəsindəki hesabında belə yazıb: “İllər əvvəl ABŞ cəmi 30 günlüyə Suriyaya getmişdi. Orada heç bir məqsədi olmayan müharibəyə qoşulduq. Bu axmaq müharibədən çəkilmək vaxtıdır”.

ABŞ prezidenti Donald Tramp ABŞ hərbçilərinin Suriya sərhədini tərk edəcəyi məsələsindən bəhs edərkən yazıb: “YPG/PKK terror təşkilatı bizimlə birlikdə döyüşdü, lakin bunu etmələri üçün çox pul ödənilib və təhcizat verilib. YPG/PKK neçə illərdir ki, Türkiyəyə qarşı müharibə edirlər. Bu müharibəni illər boyunca əngəllədim, ancaq bu, bizim üçün axmaq hesab edilən, əksəri tayfabazlığa əsaslanan, sonu bitməyən müharibələrdən uzaqlaşmağımızın və əsgərlərimizi evə qaytarmağının vaxtı artıq çatıb”.

“İllər əvvəl ABŞ Suriyaya 30 günlüyə gəlmişdi. Qaldıq və hədəfi olmayan bir müharibəyə qoşulduq”.

Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.