Qarabağla bağlı paylaşım etdikdə, “Facebook” bizi niyə bloklayır? - AÇIQLAMA

8-10-2019, 10:53   



Qarabağla bağlı paylaşım etdikdə, “Facebook” bizi niyə bloklayır? - AÇIQLAMA




Osman Gündüz: “Qarabağla bağlı paylaşım çox şikayətə məruz qalsa, istifadəçi blok edilə bilər”

Sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Statistik araşdırmalara əsasən, Azərbaycan da sosial şəbəkələrdən çox istifadə edən ölkələr içərisində yer alıb. Bu sosial şəbəkələr içərisində isə ən populiyar olanları “Facebook” , “İnstagram”, “Youtube”dir.

İldən-ilə “Facebook” istifadəçiləri artdıqca sosial şəbəkə rəhbərliyi istifadəçilərə müxtəlif qadağalar da tətbiq edir. Bunun istifadəçilərin hüquqlarının qorunması üçün edildiyi bildirilir.

Bəzi hallarda istifadəçilərin profilləri bloklana bilir. Hətta bu, ən çox izləyiciyə sahib olan istifadəçilər üçün də keçərlidir. İrqi, dini ayrı-seçkilik, zorakılıq aşılayan çağırışlar edənlərin, bu cür videolar yayanların səhifəsi müəyyən müddətə bloklanır. Hətta bəzi sözlər var ki, onları yazanda səhifə cəzalandırılır.

Belə iddialar da var ki, “Facebook”un Azərbaycan seqmentində profil sahibi olan şəxslər Qarabağ sözünü çox yazdıqda həmin kəsin profili, səhifəsi bloka salınır. “Facebook” istifadəçilərindən bir neçəsi bununla bağlı bildiriş aldığını da yazıb.

“Facebook”un istifadəçini bloklamaq üçün onlarla səbəbi olduğunu bildirən aktiv sosial şəbəkə istifadəçisi Məhəmməd Türkmən məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verib.

Məhəmməd Türkmən ile ilgili görsel sonucu

O deyib ki, bloka atılan bəzi profilləri yenidən bərpa etmək olur, lakin bəzilərini etmək olmur: “Məsələn, ən həssas yanaşılan məsələ müəllif hüququnun pozulması ilə bağlı olan məsələdir. Bu zaman heç bir şəkildə blok edilən profil bərpa olunmur. ”Facebook" siyasi məsələlərə də həssas yanaşır. “Facebook” onsuz da link paylaşımlarını sevmir, bura “Youtube” daxil deyil. Paylaşılan xəbərlərdə qan, şiddət varsa, “Facebook” dərhal həmin saytın domenini spamlayır. Bu zaman rəsmi müraciət yazılır, səhv olduğunu bildirdikdən sonra bir həftə, on gün ərzində domen yenidən spamdan çıxır. “İnstagram”la “Facebook” eyni şəbəkə olduğu üçün artıq sən o spama düşmüş domenlə ikinci bir hesab yarada bilmirsən. Yəni məcbursan ki, o spamı qaldırasan".

Təhqirlərlə bağlı ciddi bir nəzarətin olmadığını qeyd edən sosial şəbəkə istifadəçisi bəzən, sadəcə, bildirişlər edildiyini qeyd etdi: “”"Facebook" özü buna nəzarət etmir. Sən kimisə təhqir edə bilərsən. O halda bu məsləyə baxıla bilər ki, bu təhqirə görə “Facebook”a şikayətlər daxil olsun. Bir ara minlərlə izləyicisi olan rusiyalı siyasətçilərin profilləri bağlanmışdı. “Facebook” səbəb kimi onu göstərdi ki, bu siyasətçilər cəmiyyətə siyasi baxımdan yalan məlumat ötürürlər. Burada belə bir məqamı da qeyd edim ki, hansısa profilin bərpası, açılması məsələsini konkret bir şəxs həyata keçirir, amma qapanma manual deyil, avtomatikdir, bu “Youtube”də də belədir".

Məhəmməd Türkmən Qarabağla bağlı edilən paylaşımlara görə profillərin bağlanılması ilə bağlı dedi ki, “Facebook”da hansısa bir ölkə, şəhər deyə bir məhdudiyyəti yoxdur: “Bu sosial platformanın son zamanlar apardığı siyasət yalan məlumat üzərinədir. Əgər bir paylaşım yalandırsa, yaxud bir çox istifadəçi bu barədə şikayət edirsə, ”Facebook" buna daha tez reaksiya verir. Məncə, “Qarabağla bağlı paylaşım etdim deyə profilim bağlandı” deyən insanlar düzgün yanaşmırlar. Profil o halda bağlana bilər ki, bu paylaşımla bağlı şikayətlər olsun. “Facebook”, ümumiyyətlə, bu cür mübahisəli məsələlərlə maraqlanmır".

Osman Gündüz ile ilgili görsel sonucu

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bloklanma məsələsinin “Facebook”un avtomatlaşmış qaydalarına əsaslandığını qeyd etdi: “Bu, ”Facebook"un qaydalarında açıq-aşkar yazılıb. Aqressiya, dini, irqi, milli ayrı-seçkilik kimi məsələlər var. Orada alqoritmlər mövcuddur, onların yaddaşına müəyyən sözlər, qaydalar, kodlar daxil edilir. Bu proses də avtomatik həyata keçirilir. Orada ağıllı robotlar, süni intellekt işləyir, yəni düşünmürəm ki, xüsusi olaraq kimisə ayırıblar və həmin insan da qərəzlidir, istədiyi birini blok edir. Onların müəyyən qaydası var, bu qaydanı da rəqəmsallaşdırıblar, kodlaşdırıblar və bununla bağlı robot mexanizmi hazırlayıblar. Proses belə gedir".

Qarabağla bağlı paylaşımlarına görə blok edilən şəxslərə münasibət bildirən ekspert bildirdi ki, “Facebook” bu məsələlərə ümumi yanaşır: “”Facebook"un özündə bayaq dediyim kimi, dini, irqi, milli ayrıseçkiliklə bağlı məsələlər var. Burada hansısa bir əraziyə görə subyektiv yanaşma yoxdur. Ola bilsin, həmin şəxslərlə bağlı müəyyən qruplar, məsələn, ermənilər tərəfindən hədsiz sayda şikayətlər gedib. Yalnız bu halda “Facebook” bununla bağlı tədbir görər. Qarabağla bağlı paylaşım çox şikayətə məruz qalsa, istifadəçi blok edilə bilər"./“Yeni Müsavat”/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.