Türkiyə təhlükəsizlik dəhlizi yaradılması məqsədinə çatacaq. Ancaq bu, Türkiyənin məqsədinə bütünlüklə çatdığı anlamına gəlməz.Publika.az xəbər verir ki, bunu Türkiyənin Suriyanın şimalında başladığı anti-terror əməliyyatını şərh edən terrorizm və təhlükəsizlik mütəxəssisi Coşkun Başbuğ bildirib.
Onun sözlərinə görə, bu, əməliyyatın ilk mərhələsidir və Türkiyə bölgədəki bütün terror aktlarının aradan qaldırılması hədəfi ilə yola çıxıb.
“Prezident (Rəcəb Tayyib Ərdoğan -red.) bunu ilk dəfə dilə gətirdi ki, bölgədə ikinci əməliyyat başlanacaq. Amerikanın qorxusu da Türkiyənin ikinci mərhələ əməliyyatıdır. Başqa sözlə, su, neft və kənd təsərrüfatı hövzələrindən söhbət gedir. Amerika geri çəkilməklə bizi burada həbs etməyə çalışır. “Dəhliz verdim, daha nə istəyirsən?” demək istəyir. Ancaq Türkiyənin məqsədi yalnız dəhliz deyil. Bu əməliyyatın İraqda davam edən “Pəncə” hərəkatı ilə birləşib bütün bölgəni əhatə edəcəyini indidən söyləyə bilərəm. Amerikanın ən böyük qorxusu budur, Türkiyənin də ən böyük hədəfi budur", - ekspert vuğulayıb