“Yeni baş nazir əvvəlkindən nəylə fərqlənir?” - Qubad İbad oğlu

8-10-2019, 22:17   



“Yeni baş nazir əvvəlkindən nəylə fərqlənir?” - Qubad İbad oğlu




Yeni baş nazir əvvəlkindən nəylə fərqlənir?


Əli Əsədovun Novruz Məmmədovdan bir fərqi iqtisadçı diplomuna malik olmasıdır. Əli Əsədovu Novruz Məmmədovdan fərqləndirən başqa cəhət də odur ki, o klana bağlıdır, biznes hakimiyyətinə və ailənin biznes idarəçiliyi təcrübəsinə malikdir. Bu baxımdan yeni baş nazir təyinatı klan, regional maraqların balanslaşdırılmasına xidmət edir.
Əli Əsədovu Azərbaycan ictimaiyyəti Bayraq Meydanına və Eldar Mahmudovla yaxın əlaqələrinə görə tanıyır. Artıq bayraq meydanında bayraq da yoxdur. Bu da onun gördüyü işin "göstərici"dir. Eldar Mahmudovla əlaqələrinə gəlincə onlar tələbə yoldaşı və yaxın dost olublar.
Əli Əsədov islahatçı deyil, itaətedici əhval-ruhiyyə ilə gündəmə gəlib. Bu baxımdan Əli Əsədov Novruz Məmmədovdan elə də fərqlənməyəcək, sələfi kimi sözəbaxan olacaq. Novruz Məmmədov siyasi baxımdan səbatsız idi və görünür, getdikcə şiddətənən hakimiyyətdaxili oyunların qurbanı oldu.
Əli Əsədovun təyinatından sonra kabinetdə hər hansı struktur dəyişikliyi gözləmirəm, yenə də Nazirlər Kabineti nominal qurum olaraq fəaliyyət göstərəcək. Bu təyinat həm də Milli Məclisin mənasız qurum olduğunu, notarius kimi fəaliyyət göstərdiyini təsdiqlədi.




Müəllif: Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Ratqers Universitetinin professoru, ictimai-siyasi xadim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Qubad İbad oğlu Bayramov

Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.