TÜRKİYƏNİN “BARIŞ PINARI” ƏMƏLİYYATI HANSI LEGİTİMLİYƏ SÖYKƏNİR? –“Amerika bizə qarşı çıxmayacağını bildirib”

10-10-2019, 19:22   

İqor Subbotin

Nezavisimaya gazeta, 10.10.2019

***

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın “Yeni Safak” qəzetinə müsahibəsi Ankaranın şimali-şərqi Suriyadakı yeni “Barış qaynağı” hərbi əməliyyatını hansı leqal bazaya çəkdiyinə işıq salır. Diqqətçəkəndir ki, Türkiyə liderinin arqumentləri rusiyalı həmkarı Vladimir Putinin bu ilin yanvarında Moskvada danışıqlar zamanı gətirdiyi arqumentlərlə üst-üstə düşür.

Ərdoğan “Yeni Safak”la söhbətdə bildirib ki, 1998-ci ildə Türkiyənin Adana şəhərində imzalanmış saziş sayəsində transsərhəd “Barış qaynağı” əməliyyatını keçirmək hüququna malikdir. Türkiyə lideri o cümlədən diqqət yetirib: “Suriya üzərində hava məkanından istifadəyə gəlincə, o, ABŞ-a məxsus deyil. Bu, beynəlxalq məkandır, Suriyanın hava məkanıdır. Madam bura ABŞ-a məxsus deyil, onda ondan istifadə məsələsi də rejim tərəfindən həll olunur. Onlar (amerikalılar-“NG”ora rejimin dəvəti ilə gəlməyiblər. Biz isə Adana sazişi çərçivəsində oradayıq. Bu müqaviləyə əsasən, rejim Kürdüstan Fəhlə Partiyasına qarşı tədbir görmürsə, onda hərbçilərimizin terrorçuları izləmək hüququ var”.

Başqa sözlə, Putinin bu ilin yanvarında Moskvada Ərdoğanla danışıqların yekunları üzrə mətbuat konfransında xatırlatdığı sazişi “Barış qaynağı”nın leqal bazası saymaq olar. “Biz türk dostlarımızın öz təhlükəsizliklərini təmin etmək sahəsindəki maraqlarına sayğı göstəririk – Rusiya dövlətinin başçısı o cümlədən deyib. – Suriya Ərəb Respublikası və Türkiyə Cümhuriyyəti arasında 1998-ci il tarixli müqavilə də hələ indiyədək qüvvədədir, burada söhbət məhz terrorizmdən gedir. Düşünürəm ki, bu, Türkiyənin güney sərhədlərində təhlükəsizliyi təmin etmək baxımından olduqca bir çox sualları bağlayan bazadır. Biz bu gün bu məsələni yetərincə ayrıntılı və fəal müzakirə etmişik”.

Sözsüz, bu sazişlər Türkiyə komandanlığına transsərhəd əməliyyatı hüququ verir, lakin hərbi əməliyyatların müəyyən “dərinliyini” müəyyən edir – bunu aşandan sonra sazişi pozulmuş saymaq olar.  Bundan başqa, rəsmi Dəməşq türklərin terrorçu qruplaşmaları dəstəklədiklərindən şikayətlənərək, Türkiyə güclərini Adana sazişini pozmaqda dəfələrlə ittiham edib. Bu, güman etməyə əsas verir ki, Türkiyə əməliyyatının qanuniliyinə də – konyunktura zərurəti halında – bəzi etirazlar edilə bilər. İndi Suriyanın şimalındakı hücuma qatılmış müxalif birləşmələrin bir çətir strukturu altında birləşmiş sıralarında bu yaxınlardakı keçmişi haqlı suallar doğuran xeyli adam var.

Ərdoğan “Yeni Safak”-a müsahibəsində Donald Trampın sərt bəyanatını siyasi zərurət borcu kimi yozaraq ABŞ-a münasibətdə də barışdırıcı mövqe tutmağa çalışıb. “Mən bu sözlərə müəyyən çevrələrdəki gərginliyin qabağını almaq üçün verilən bəyanat kimi baxıram, – Türkiyə prezidenti Donald Trampın Türkiyə iqtisadiyyatını məhv etmək hədəsini nəzərdə tutaraq deyib. – İndiki anda qoşunların oradan çıxarılması (amerikalıların-“NG”) əsil niyyətini sərgiləyir. Onlar bizə bildiriblər ki, Türkiyəyə qarşı çıxış etməyəcəklər”.

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.