Anna Ahronhaym
“Jerusalem Post”, 10.10.2019
İsrail ordusunun (IDF) gizli bir silahı var, çünki “Hizbullah” və İrana qarşı aparılan müharibə kampaniyası genişlənməyə davam edir: Hərbi Kəşfiyyat və Kiber Təlimat Bölməsinin (MICIU) dil məktəbində iki aya əsgərlər ərəbcə və ya farsca səlis danışmağı öyrənirlər.
Ölkənin mərkəzindəki bir bazada, gözalıcı olmayan bir binada bütün Yaxın Şərqdəki ən böyük kəşfiyyat məktəbi yerləşir. Hər il burada minlərlə əsgər və zabit IDF-in Hərbi Kəşfiyyat İdarəsində vəzifələr tutmaq üçün təlim keçirlər.
“Məktəbdə sadəcə bir dil tədris olunmur, – MICIU-nun Dil Tədrisi şöbəsinin müdiri Maykl V. deyir. – Burada yalnız bir dil öyrənmək üçün deyilik; dil zəkanı anlamaq üçün vasitədir”.
50 ildən bəri mövcud olan bu məktəb həftələr ərzində əsgərlərə həm düşmənlərinin dilini, həm də mədəniyyətlərini dərk etməkdən ötrü yenilikçi yanaşmalardan və təlim mühitindən istifadə edir.
Təhlükəsizlik səbəbinə görə adı açıqlanmayan V. kimi, R. və N.-nin şəxsiyyəti eyni şəkildə gizlidir.
R. 47 ildir məktəbdə müəllim işləyir və ərəb dilindən dərs deyir. Qızı çavuşdur, yazılı ərəb dilini öyrədir.
Bu, yalnız MICIU-da təhsil alan çağırışçılar deyil, həm də əməliyyat fəaliyyəti ilə bağlı müntəzəm olaraq fələstinlilər və ya Ərəb dünyası ilə əlaqədə olan digər təhlükəsizlik orqanlarının əməkdaşlarıdır.
V. izah etdi ki, son illərdə fundamentalist İslam və fars dili, on illər boyu müxtəlif ərəb ləhcələri, habelə ibrani dillərinə diqqət yetirən məktəb güclü mərkəzə çevrilib.
Onun sözlərinə görə, ibrani dili kursları məktəbdə “böyüyən tendensiyadır”, yalnız ana dili ibrani olmayan yeni mühacirlər üçün deyil, “kifayət qədər oxuma-yazma bilməyən israillilər üçün” də keçirilir.
IDF dil məktəbi ölkədə ən böyük olsa da, ərəb və fars dilini tədris edən bir neçə digər məktəb var ki, bu da tələbələrə elit birlik olan 8200-ə qapılarını açır.
V.-nin sözlərinə görə, “İsrail məktəblərində farscanın tədris olunması daha çətindir. Bu, ölkədə fars dilində araşdırma aparan və onu bu qədər intensiv şəkildə tədris edən yeganə yerdir. Dinamik dəyişikliklər səbəbindən tələbələr fasiləsiz dil öyrənirlər”.
Tələbələr hər gün səhər 8-dən axşam 11-dək dərsdə olurlar. 10 həftəlik tədris kursu ilə kamal attestatı almaq üçün. Bunun ardınca daha 10 həftəlik modern kurslar keçirilir.
Kompüterdə tərcümə vasitələrinin sayının artmasına baxmayaraq, insan ağlından daha yaxşı bir şey yoxdur.
“Sənə yalnız dili bilən yox, sətirarası mənanı anlayan və hərbi ehtiyacları da dəqiq başa düşən insanlara ehtiyac duyursan, – V. qeyd edib. – Zaman tələsdirir. Əsgərlərin xidmət müddəti cəmi iki ildir və mən onların işlərində mümkün qədər səmərəli olmalarını istəyirəm”.
Tərcümə: Strateq.az