Müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala biləcək – RƏSMİ

11-10-2019, 19:37   

İslahatlar çərçivəsində müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala bilərlər.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı zamanı deyib.

O bildirib ki, bu gün əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alır: “Pensiya islahatları çərçivəsində müəyyən şəxslər vaxtından əvvəl pensiya ala bilərlər. Biz düşünürük ki, pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır. Bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra məlumat veriləcək”. (publika.az)

MüÉyyÉn ÅÉxslÉr pensiya yaÅı tamam olmadan pensiya ala bilÉcÉk - RÆSMÄ°

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.