“Türkiyə suriyalı qaçqınlar üçün sərhəd qapılarını açsa, ölkənin sərhədlərindən keçənlərin qarşısını ala bilməyəcəyik”.
Anaxeber.info publika.az-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqına “Sülh Çeşməsi” hərəkatını işğal adlandırması təqdirində sərhdə qapılarını açaraq 3,6 milyon qaçqını göndərə biləcəkləri açıqlamasını şərh edən baş nazir 50-100 min arasındakı qaçqının gəlməsi təqdirində atəş əmri verə bilməyəcəklərini deyib.
“Nə mən, nə də Müdafiə naziri bu əmri verə bilər. Sərhəddəki tikanlı telləri yıxıb keçəcəklər”, - Borisov deyib.