Cari ilin sonuna kimi müvəkkil banklar tərəfindən əlavə olaraq 40-45 mln. manat məbləğində adi ipoteka kreditlərinin verilməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu Cebhe.info-nun sorğusuna cavabında bildirib.
Fonddan verilən açıqlamaya görə, 2006-2019-cu illərdə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,33 mlrd.manat təşkil edib. Bu kreditlər hesabına 27000-ə yaxın ailə öz yaşayış şəratini yaxşılaşdırmaq imkanı əldə edib. Fondan verilən açıqlamaya görə, adi ipoteka kreditlərindən fərqli olaraq, güzəştli ipoteka kreditlərinin həcmində artım müşahidə olunub və ilin sonunadək bu məbləğin daha da artması gözlənilir. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-iyul ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 113,3 milyon manat ipoteka krediti verilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 27,05% azdır.
Xatirə Nəsirova
Cebhe.info