Partiya sədri özünü Allah elan etdi: Dövlət qərar vermək üçün ekspertiza keçirəcək

16-10-2019, 13:48   

Qırğızıstanda özünü Allah elan edən Arstanbek Abdıldayev (Arslan Alay) ekspertizadan keçiriləcək. 

Bu barədə 24Kg nəşri yazıb.

Partiya sÉdri özünü Allah elan etdi: DövlÉt qÉrar vermÉk üçün ekspertiza keçirÉcÉk

Əqidə Məsələləri üzrə Dövlət Komsissiyası özünü Allah elan edən Arslan Alaya eksprtiza təyin edib. Qurumun sədri Zayırbek Erqeşov bildirib ki, şəxs artıq ekspertizaya göndərilib və nəticələrdən asılı olaraq qərar qəbul ediləcək.

Ancaq qurum sədri söhbətin hansı ekspertizadan getdiyini açıqlamayıb. Burada linqivistik, psixiatrik ekspertiza təyin oluna bilər.

Məlumat üçün bildirək ki, Asrtan Abdıldayev biznesmen kimi tanınıb, həmçinin “El üçün” Patiyasının sədridir. O, 2011-ci il prezident seçkisində iştirak edib və 0,47 faiz səs toplayıb. O, bir neçə ay sonra mətbuat konfransı keçirərək yerdə həyatın qırğızlardan başladığını deyib. Qeyd edib ki, 2012-ci ildə Qızıl Era başlayacaq. O, Rusiya Prezidenti Vladimir Putini “insanlığı xilas etmək üçün  çətin biorobort” adlandırıb.

Özünü Kaşpirovski ilə eyniləşdirən bu şəxs sentyabrın sonunda özünü Allah elan edib.     /Cebhe.info/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.