Abbasa Abbasovla Şeyxin telefon danışığı - sabiq vitse-primyer Türkiyədə nə işlər çevirir?

16-10-2019, 15:39   


 

“Bu yaxınlarda  Abbas Abbasovun  bir fikrini paylaşmışdılar. Deyir ki, “vəzifədə olanda Şeyxlə dost idim. Vəzifədən gedəndən sonra bəzi məsələlər oldu. Oğlum Aydın Abbasov Şeyxin yanına gedəndə ona deyib ki, “Aydınçik, bir də mənim yanıma gəlmə.Belə hadisə olubmu?”. Bu sualı modern.az-ın əməkdaşı Milli Məclisin 75 saylı Lənkəran - Masallı seçki dairəsindən deputatı Cavanşir Paşazadəyə verib. 

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin qardaşı bunları deyib: “Mətbuatda bu məsələnin hansı formada yazılmasını, Abbas Abbasovun o fikirləri dediyini bilmirəm. Ancaq Şeyxlə dost olmasına gəlincə, Abbas Abbasovun dövlətçiliyə vurduğu ziyanı, onun düz yolda olmadığını Şeyx telefonda ona deyib. Şeyxin etirazından sonra Abbas Abbasov yenə də Rusiyada iclaslar keçirdi. Təbii ki, Şeyx də dövlətçilik naminə bu məsələdə geri çəkildi. Qaldı ki, Aydının Şeyxin yanına gəlməsinə. Əvvəla, Aydın Şeyxin yaşıdı deyil ki, gəlib onun yanında otursun və Şeyx də desin ki “yanıma gəlmə”. Bu doğru deyil”.

Musavat.com yada salır ki,  Abbas Abbasovun oğlu, 2015-ci il parlament seçkilərində iştirakdan imtina edən sabiq deputat Aydın Abbasov bu günlərdə yenidən medianın diqqətindədir. O, bir neçə gün əvvəl məşhur kriminal avtoritetlə görüntülənib. Şəkildə də göründüyü kimi,  Aydın Abbasov Türkiyənin “Rəis” ləqəbli kriminal avtoriteti Sedat Pekerlə bir yerdədir. Onların yaxın dost olduğu da deyilir. Onlar biznes və digər məsələlərlə bağlı mütamadi olaraq bir araya gəlirlər. 

Yada salaq ki, 2015-ci ildə deputat mandatını itirən Aydın Abbasov uzun müddət atasının Dağıstandakı biznes planlarında yer alıb. Onun adı Dərbənd şəhərinin tarixi hissəsində yerləşən Nizami parkının yanında “Derbent-Plaza” yaşayış kompleksinin tikintisində şəriklərdən biri kimi hallanırdı. Rusiya saytları yazırdı ki, tikinti Dərbənddəki tarixi-mədəni əhəmiyyətə malik olan Nizami parkında həyata keçirilib.  Abbas Abbasovun dostu, Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun istefa verməsindən  sonra Abbasovların Dağıstanda çox duruş gətirməyəcəyi bəli idi. Dağıstana rəhbərlik edən Vladimir Vasilyev işə başlayan kimi əhalidə narazılıq doğuran bütün tikinti işlərinin dərhal dayandırmış, qanunsuz sənədləşmə və torpaq alverinin qarşısını almışdı.  

Biznesdə “ayıq” olan A.Abbasovun Dağistandan tam çəkildiyini  iddia edir. Bildirilir ki, Abbasovlar təməlli olaraq Türkiyəyə yerləşiblər. Siyasətdən getdiyini bəyan edən A.Abbasov,  deyilənlərə görə, əsasən Türkiyədə övladlarının yanında yaşayır, ara-sıra Moskva ilə də təmaslar qurur. 

Orxan,
Musavat.com 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.