Türkiyə Silahlı Qüvvələrinin “T-155 Fırtına” tankları “Sülh çeşməsi” hərəkatında YPG/PKK-çıların qorxulu kabusuna çevrilib.
Türkiyənin yerli imkanlar hesabına istehsal etdiyi tanklar terrorçuların mövqelərini hədəflənən şəkildə bir atışda məhv edir.
Tank batareyaları hərəkat çərçivəsində qurudan irəliləyən TSQ və SMO-ya dəstək məqsədilə terror ünsürlərinə bomba yağdırır.
ASELSAN istehsalı olan “Fırtına” tankları hər cür ərazi şərtlərində hərəkət qabiliyyəti olan, yerləşmə, atışa hazırlıq, atışın idarəsi və atışa nəzarət proseslərinin kompüter köməyilə yerinə yetirilməsini və digər atış dəstək ünsürlərinə rəqəmsal inteqrasiyanı təmin edən sistemə sahibdir. “Fırtına” dəqiqədə 6 atış gerçəkləşdriə bilir.
****
Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan “Sülh çeşməsi” hərəkatı ilə bağlı son proseslərə dair açıqlamalar verib.
Prezident hərəkatın uğurla davam etdiyini bildirib.
“Bu hərəkatı başlatma nöqtəsinə bir anda gəlmədik. Bu işin terrorla mübarizə məsələsində 40, Suriya böhranı baxımından 8 il keçmişi var. Müttəfiqlərimizin arxamızda oyun oynadığı inkaredilməzdir. Suriyada son 8 ildə 12 milyon insanın evindən qaçmasına, onlardan yarısının ölkə xaricinə çıxmasına səbəb olan döyüşlər getdi. 6 milyon suriyalının 4 milyonu ölkəmizdədir. Əcəba, siz nə qədər suriyalı qəbul etdiniz? Suriyanı Ərəb Liqasından çıxardılar. Avropa İttifaqı sadəcə 3 milyard avro kömək etdi. Söz verdikləri isə 6 milyard idi”.
Ərdoğan bildirib ki, İŞİD terror təşkilatının çöküşünü Türkiyə başladıb: “İŞİD-in çöküşünü Əl Babda biz başlatdıq. 3 min İŞİD-çini biz zərərsizləşdirdik. Daim bir şar kimi şişirdilən təşkilatın oyununu “Fərat Qalxanı”nda biz ortaya çıxardıq”.
“Özünüzü təhlükəsizlikdə hesab etdiyiniz köşkünüz çökməyə başlayanda, görək, terrorçulara qol-qanad gərməyə davam edə biləcəksinizmi? Terrorçular size yaralamağa başlayanda bu millət sizing yanınızda olacaq. Ən azından işimizə qarışmayın. NATO ölkələrinə səslənirəm. PKK, YPG nə zaman təşkilat üzvü oldu da, mənim xəbərim olmadı? Nə zamandan bəri NATO terror təşkilatına dəstək verir.? Başda ABŞ olmaqla, 30 min tır silah-sursat təşkilata dəstək verilib”, – Ərdoğan bildirib.
Türkiyə prezidenti qeyd edib ki, “Sülh çeşməsi” hərəkatı çərçivəsində terror təşkilatından 1220 kvadrat-kilometr ərazi təmizlənib: “Təhlükəsizliyini təmin etdiyimiz yerlərdə 1-2 milyon suriyalının geri qayıtması üçün işlərə başlamaq istəyirik. Türkiyə terrorçularla razılaşma əldə etməyəcək qədər təcrübəli ölkədir. Bu gecə terrorçular silahlarını yerə qoyub oranı tərk etəsələr, hərəkat başa çatacaq. Münbiçdə qalmaq kimi dərdimiz yoxdur. Bizim dərdimiz torpaqlarını sahiblərinə vermək”. (publika.az)