“Köhnə kadrların mane olmaq cəhdləri Prezidentin gözündən qaçmır” – Vahid Əhmədov

17-10-2019, 10:30   



 

“Cənab Prezident öz çıxışında bir sıra ciddi məqamlara toxundu və mən hesab edirəm ki, bu çıxışın nəticələrinin şahidi olacağıq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov srağagün Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirədə səsləndirdiyi iradlarla bağlı danışarkən bildirib.

V.Əhmədov qeyd edib ki, məmurlara olan xəbərdarlıq mesaj xarakterli idi:

“Prezident haqlı olaraq gördüyü neqativləri sadaladı, məmurlara öz iradlarını bildirdi. Azərbaycanda qeyri-neft sektorunun qoyulan investisiyalara rəğmən az inkişaf etdiyini diqqətə çatdırdı. Biz də bunu dəfələrlə demişik. Cənab Prezident məmurlar arasındakı münasibətlərə, intiriqalara toxundu. Bəzi məmurların ölkədə aparılan iqtisadi islahatlara mane olduğunu dilə gətirdi. Bu da çox ciddi məsələdir. Bu, əsasən, vəzifəyə gətirilən yeni kadrlarla bağlıdır. Onlar yenidir, müəyyən səhvləri olsa da iş görmək istəyirlər, müsbətləri daha çoxdur. Amma bəziləri onları qaralayır, gördükləri xoşməramlı işlərə kölgə salmağa çalışırlar. Köhnə kadrların mane olmaq cəhdləri cənab Prezidentin gözündən qaçmır. Ona görə də bu istiqamətdə tapşırıqlarını verdi”.


Parlamentarinin sözlərinə görə, Prezident öz çıxışında iki nazirin fəaliyyətindən razılığını ifadə edib:

“Əmək və əhalinin sosial  müdafiəsi nazirinin və Vergilər nazirinin apardığı islahatları xüsusi vurğuladı. Onların həyata keçirdiyi islahatların göz qabağında olduğunu bildirdi. Hesab edirəm ki, bunlar həmin nazirlərin ünvanına söylənmiş müsbət sözlərdir.

Amma Prezident öz çıxışında bəzi nazirlərin fəaliyyətindən narazılığını ifadə etdi. Hətta Baş Nazirə göstəriş verdi ki, vəzifələrə müasir təfəkkürlü, intellektual səviyyəli gənc kadrlar gətirilməlidir. Mən bir neçə ay əvvəl də çıxışımda bildirmişdim ki, məhkəmə-hüquq sistemində, mətbuatda islahatlar davalı olmalıdırki, ümumi inkişafa təsir etsin. Baş Nazir yeni təyin olunub, yəqin ki, bir müddət sonra onun kadr islahatları ilə bağlı təklifləri olacaq. Çünki cənab Prezident kadr islahatlarının davam etdiriləcəyi anonsunu verdi”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.