“Döyüşə tam hazırıq, əsl savaş hələ başlamayıb” –RUSİYA SURİYADA ANKARAYA ARXADAN ZƏRBƏ VURACAQMI?

17-10-2019, 14:30   

“Middle East Eye”, 16.10.2019

 

Suriyadakı kürd qüvvələri İŞİD-ə qarşı əməliyyatların dayandırıldığını elan edib, çünki Suriya və Rusiya qoşunları əsas sərhəd şəhərinə – Ayn əl-Ərəbə (Kobane) giriblər.

“Suriya Demokratik Qüvvələri”nin (SDQ) rəhbəri Məzlum Abdi SDQ-nin İŞİD-ə qarşı əməliyyatları “dondurduğunu” söyləyib. “Biz İŞİD-ə qarşı bütün hərəkətlərimizi dondurduq”, – deyə Abdi kürd televiziya kanalı “Ronahi”yə bildirib.

SDQ-nin bəyanatı Suriyanın şimalında Türkiyənin hərbi hücumuna qarşı onlarla birlikdə döyüşməyə başlayan Rusiya və Suriya hökumət qüvvələri ilə ortaqlığın təfərrüatları açıqlandıqdan sonra verilib.

Bu tərəfdaşlıq çərçivəsində oktyabrın 16-da Suriya və Rusiya qoşunları əsas sərhəd şəhəri Kobaneyə giriblər.

“Suriya rejimi və Rusiya qoşunları Kobane şəhərinə girdilər”, – deyə Londondakı münaqişəni izləyən Suriya İnsan Haqları Müşahidəsi Qrupu da xəbəri təsdiqləyib.

Ərəb dilində Ayn əl-Ərəb olaraq bilinən Kobane Suriya kürdləri üçün olduqca simvolik bir şəhərdir. Onlar ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən dəstəklənərək 2015-ci ildə şiddətli bir döyüşdə şəhəri İŞİD-dən geri alıblar.

O vaxtdan bəri Kobane ABŞ-ın dəstəklədiyi, çətir qrupu olan SDQ-yə rəhbərlik edən “Kürd Xalq Müdafiə Birlikləri”nin (YPG) nəzarəti altındadır.

Bu ayın əvvəlində ABŞ prezidenti Donald Tramp Ağ Evin Suriyanın şimalından qoşununları çıxarması qərarını elan edib. Vaşinqtonu kürd müttəfiqlərinə xəyanət etməkdə günahlandıran konqresmenlər rəsmilərə qəzəbləniblər. ABŞ-ın geri çəkilməsi Türkiyəyə oktyabrın 9-da hərbi əməliyyatı başlamaq imkanı verib.

Ankara Suriyanın şimalındakı kürd döyüşçülərini milli təhlükəsizliyinə təhdid hesab edir.

ABŞ-ın çəkilməsindən sonra özlərini müdafiə etmək üçün Suriyalı kürdləri prezident Bəşər Əsədlə hökumətyönlü qüvvələrə kürdlərin nəzarətində olan ərazilərdə yerləşdirmə imkan verən bir müqavilə bağlayıblar.

Əsədlə müttəfiq olan Rusiya qüvvələri də Türk dəstəkli qüvvələrlə Suriya ordusu arasında qarşıdurmaların qarşısını almaq üçün şimal-şərqdəki ərazilərdə patrul xidməti aparırlar.

 

ABŞ danışıqlara can atır

ABŞ vitse-prezidenti Mayk Pens Bazar ertəsi günü Trampın Kobane şəhərinə yaxınlaşan türk qüvvələri ilə bağlı narahatlıqlarını dilə gətirən suriyalı kürd generalla telefonla danışdığını açıqlayıb.

Tramp administrasiyası əvvəlcə türk hücumunu dəstəkləsə də, ikipartiyalı ciddi təpkidən sonra hərbi irəliləməyə qisas olaraq Türkiyəyə qarşı sanksiyaların qüvvəyə minəcəyini bildirib.

O vaxtdan bəri Tramp administrasiyası Türkiyəni Suriyada təcili atəşkəs elan etməyə və SDQ ilə danışıqlar yolu ilə münaqişəni nizamlanmağa çalışmağa çağırıb.

ABŞ vitse-prezidenti Mayk Pens oktyabrın 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə görüşməyə hazırlaşır.

Ərdoğan hərbi əməliyyatının davam etdiriləcəyinə söz verib.

Suriyadakı problemlərin həllinin yeganə yolu, Ərdoğanın Türkiyə parlamentinə verdiyi açıqlamaya görə, kürd qüvvələrinin “silahlarını təhvil verməsi… bütün tələlərini dağıtması və təyin etdiyimiz təhlükəsiz zonadan çıxmasıdır”.

Daha sonra Ərdoğan Rusiya lideri Vladimir Putinlə oktyabrın 22-də görüşəcəyini söyləyib.

SDQ-nin bir rəsmisi AFP-yə bildirib ki, Rusiya və Suriya hökumətindən dəstək istədikləri üçün geri çəkilmək niyyətləri yoxdur. “Döyüşə tam hazırıq. Əsl döyüş hələ başlamayıb”.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.